Azərbaycanı hədələyən erməni komandana cavab - "Bu, erməni ordusunun tam məhv edilməsi ilə nəticələnəcək"

Azərbaycanı hədələyən erməni komandana cavab -

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın növbəti dəfə məsuliyyətsiz və populist çıxışı bizi heç də təəccübləndirmir.

Bunu Milli.Az-a Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlik bəyan edir ki, qarşı tərəfin cinayətkar hərbi-siyasi rəhbərliyinin nümayəndələri aprel hadisələrinə kimi də bu və buna bənzər müxtəlif bəyanatlarla çıxış ediblər:

"Hamımızın yaxşı yadındadır ki, məhz aprel əməliyyatlarından sonra M.Akopyanın Dağlıq Qarabağda qalmasının onun fiziki məhvinə gətirəcəyini anlayan Serj Sarkisyan onu təcili surətdə Yerevana qaçırtmaq məcburiyyətində qaldı.

Aprel döyüşlərində aldığı güclü zərbədən sonra iflasa uğrayan Ermənistan ordusu və onun rəhbərliyi, deyəsən, bu cür təxribat xarakterli çıxışlarla ölkəsində mövcud olan daxili siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə cəhd göstərir.

Lakin M.Akopyan dərk etməlidir ki, Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar aprel döyüşləri zamanı istifadə olunanlarla müqayisədə daha dağıdıcı olmaqla yanaşı, erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcəkdir".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan "Yerkir Media" telekanalına müsahibə verərək Azərbaycanı "dəqiq zərbələrlə" hədələyib.

General Akopyan regionda hərbi-siyasi balansın dəyişkənliyini qeyd edib  və bir sıra amillərdən asılı olduğunu bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Ermənistan silahlı qüvvələri "hərbi-siyasi xarakterli" silahlar almağa nail olub: "Kim yeni müharibə başlamağa cəhd edirsə, bilməlidir ki, onlar üçün hədəfləri 15 metr dəqiqliyi ilə vuran raketlərimiz hazırlanıb. Xüsusən Azərbaycanın siyasi xadimləri bu təhlükəni hiss etməlidirlər, çünki məhz onlar müharibəyə başlamağa cəhd edirlər".

Movses Akopyan lovğalanmağı davam etdirərək deyib ki, yeni silahların alınması 2017-ci ildə də davam etdiriləcək: "Əmin edə bilərəm ki, rəqibin hədəfləri müharibəyə hazırlıq ərəfəsində məhv ediləcək, onlar təmas xəttinə doğru irəliləməyə cəhd edən kimi vurulacaqlar".

Ermənistan ordusunun Baş qərargah rəisinin sözlərinə görə, hazırda təmas xəttində vəziyyət sakitdir. Akopyanın sözlərinə görə, ötən ilin apreli ilə müqayisə edəndə  təmas xəttində gərginliyin müntəzəm azalması müşahidə olunur və Azərbaycan bunu heç də öz xoşuna etmir: "Bu, erməni hərbçilərinin öz şərtlərini diqtə etməsi nəticəsində baş verir".

Movses Akopyan onu da deyib ki, ötən ilin sentyabrında İrəvanda paradda nümayiş etdirilən "İsgəndər" raketləri Ermənistanın mülkiyyətidir. "Bu, bizim silahdır, onu nə vaxt haraya atmağı özümüz müəyyən edirik".


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...