Qarabağda mina partlayışı: XİN dünyaya çağırış etdi


Qarabağda mina partlayışı: XİN dünyaya çağırış etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.

 

“Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb”, – məlumatda qeyd olunub.

 

Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb:

 

“Beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə altına almağa və münaqişədən sonrakı bərpa işlərinə maneə törətməyə davam edən Ermənistanı məqsədyönlü və geniş yayılmış mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq”.


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü -FOTO

  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ...

Naxçıvanda dəhşətli yanğın: ölən var

Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın olub, yanğın zamanı ev sahibi ölüb.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fö...

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Gəncə şəhər 25 nömrəli Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə fövqəladə ...

Cənubi Koreya prezidenti 11 it və pişiklə birlikdə iqamətgahdan qovuldu

Yun Seok-yeol 2024-cü ilin dekabrında hərbi vəziyyət tətbiq etdiyinə görə Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən kənarlaşdırıldı.   Sfera.az bi...

Yosundan zəhərlənən su itləri insanlara hücum etməyə başlayıb

ABŞ-da yosundan zəhərlənən su itləri insanlara hücum etməyə başlayıblar.   Sfera.az bildirir ki, son zamanlar Kaliforniyada suitlərinin şirlərinin insa...

DİN bank kartları ilə bağlı növbəti dəfə vətəndaşlara çağırış edib

Bu gün vətəndaşların bank kartlarından 10725 manat kiber üsulla oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xid...