Onlara xüsusi təqaüdlər veriləcək - Sərəncam

Onlara xüsusi təqaüdlər veriləcək - Sərəncam
Kateqoriya məlum deyil
T

Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.

 

Sfera.az xəbər verir ki, sərəncama əsasən adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98 794 manat məbləğində vəsait ayrılıb.

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Mədəniyyət Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR