"İrəvanının Türkiyəyə ərazi və soyqırım tələbini irəli sürməməsinin səbəbi Qarabağ qələbəmizdir"

"İrəvanının Türkiyəyə ərazi və soyqırım tələbini irəli sürməməsinin səbəbi Qarabağ qələbəmizdir"

"Azərbaycanın taleyi özündən asılıdır. Dövlət rəhbəri və mərkəzi hakimiyyət sistemi güclü olanda xarici amillər dağıdıcı təsirini itirir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

 

Millət vəkili vurğulayıb ki, ölkəmizdə kənar qüvvələrin hökmran mövqeyi heç vaxt indiki qədər zəif olmayıb. Qarabağda qələbəmiz tarixdə ilk dəfə dövlətimizə yeni Yalta konfransına vəsiqə qazandırıb. 

 

"Ermənistana sərhədi başqa paytaxtlar yox, məhz liderimiz göstərir. İrəvanın taleyi heç vaxt indiki qədər Bakıda həll olunmayıb. 300 illik erməni ideyası iflasa uğrayıb və ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər.  

İnanırıq ki, qardaş ölkə Türkiyə sərhədin açılması qərarını çıxararkən nəzərə alacaq ki, İrəvanın Ankara qarşısında 100 illik ərazi və soyqırım tələbini indi irəli sürməməsinin ən böyük səbəbi bizim Qarabağ qələbəmizdir",- Z.Oruc qeyd edib.  


OXŞAR XƏBƏRLƏR