"Son 200 ilə yaxın dövrdə soyqırımlar silsiləsinə son qoyulub" - Sahibə Qafarova

"Son 200 ilə yaxın dövrdə soyqırımlar silsiləsinə son qoyulub" - Sahibə Qafarova

“Dünən ölkəmizdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub. Erməni şovnistlərin qurbanı olmuş 10 minlərlə azərbaycanlının xatirəsi ehtiramla yad edilib”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

 

“İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ müharibəsi və antiterror əməliyyatları vasitəsilə dövlətimizin suverenliyi tam təmin olunub. Son 200 ilə yaxın dövrdə soyqırımlar silsiləsinə son qoyulub. Biz əminik ki, bu xalqımıza qarşı yeni soyqırımların baş verməməsi üçlün ən böyük cavabdır”,-sədr bildirib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR