İlham Əliyev Azərbaycan xalqını təbrik etdi


İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Sfera.az xəbər verir ki, təbrikdə deyilir:

 

“Hörmətli həmvətənlər!

 

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

 

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.

 

Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.

 

Əziz bacı və qardaşlarım!

 

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

 

Allah orucunuzu və dualarınızı qəbul etsin.

 

Ramazan bayramınız mübarək olsun!”


OXŞAR XƏBƏRLƏR

Kamaləddin Qafarov: “31 mart Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir”

“Məlum olduğu kimi, ermənilərin azərbaycan xalqına qarşı həyata keçirdikləri kütləvi qırğınların tarixi heç də son 30 ili əhatə edən işğal dövrü ilə məhdu...

DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı müb...

Aprelin 1-i hava kəskin dəyişəcək

Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.    Milli Hidrometeo...

Sabirabadda 10 gündə 3 körpə ölüb - Baş Prokurorluq araşdırır

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan üç körpənin ölümü baş verib.   Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Tel...

İran vətəndaşlarından 36 kq narkotik vasitə götürülüb

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən transmilli mütəşəkkil cinayətkar dəstənin...

76 yaşlı kişini maşın vurub öldürdü

Gəncə şəhərində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində olub.   Belə ki, 76 ...