“Hər şey çox gözəl olacaq” şüarının müəllifi saxlanıldı - VİDEO

“Hər şey çox gözəl olacaq” şüarının müəllifi saxlanıldı - VİDEO

2019-cu ildə seçki kampaniyası zamanı Əkrəm İmamoğluna “Hər şey çox gözəl olacaq, Əkrəm abi” deyə səslənməsi ilə tanınan Berkay Gezgin həbs edilib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı vəkil Cəmil Çiçək sosial media hesabında paylaşım edib.

 

“Hər şey çox gözəl olacaq” şüarının memarı təəssüf ki, həbs olundu. 22 yaşlı gənc tutuldu. Onun son cümləsi belə oldu: “Xahiş edirəm, məni unutdurmayın”. Biz heç vaxt unutmayacağıq, heç vaxt unutdurmayacağıq! Hər şeyə rəğmən, hər şey çox gözəl olacaq!”, - deyə vəkil bildirib. 

 

Məlumata görə, gəncin həbs olunmasına əsas səbəb “Qanuna zidd toplantı və yürüşlərə silahsız şəkildə qatılaraq, xəbərdarlığa baxmayaraq özbaşına dağılışmamaq” ittihamı olub.

 

Xatırladaq ki, Gezgin, 2019 İstanbul Böyükşehir Bələdiyyə seçkiləri zamanı Əkrəm İmamoğlunun avtobusuna səslənərək “Əkrəm abi, hər şey çox gözəl olacaq!” deyib. Əkrəm İmamoğlu isə sonradan bu sözləri seçim şüarı kimi istifadə edib. Bu şüar 2019-cu ildən bəri istifadə olunur. Universitet tələbəsi olan Berkay Gezgin Anadolu Universitetində təhsil alır.

 

Qeyd edək ki, Hazırda həbsdə olan İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi və saxlanmasına etirazlar martın 19-da başlayıb. 19-23 mart tarixlərində keçirilən aksiyalarda 1133 nəfər saxlanılıb. Aksiyalarda 123 polis yaralanıb.

 

 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...