Rəsmi Bakı Mirzoyanın iddialarını əsassız adlandırıb

Rəsmi Bakı Mirzoyanın iddialarını əsassız adlandırıb

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında səslənmiş əsassız iddialarını şərh edib.

 

Sfera.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

 

Qeyd olunub ki, 25 mart 2025-ci il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında guya Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları tamamilə əsassızdır:

 

"Ermənistan xarici işlər nazirinə yaxşı məlumdur ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması, habelə Minsk Qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olub.

 

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Konstitusiya, Ermənistan milli qanunvericiliyi, məhkəmə iddiaları və siyasi bəyanatlar barədə faktlar hələ 2023-cü ilin may ayında Vaşinqton görüşü zamanı Ermənistan tərəfinə təqdim olunub. Bu barədə üçüncü ölkələr də tam olaraq məlumatlıdırlar.

 

Qeyd edilənləri nəzərə alaraq, Ermənistan tərəfinin guya Azərbaycanın bu şərtləri yeni irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək.

 

Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, vaxt itirmədən Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Minsk Qrupunun rəsmən ləğvi istiqamətində əməkdaşlıqdan boyun qaçırmamalıdır".


OXŞAR XƏBƏRLƏR

Bu üsulla iflic xəstələrinin hərəkəti bərpa olundu

Yaponiyanın Keio Universitetinin alimləri onurğa beyninin zədələnməsi nəticəsində iflic olan xəstələrin hərəkətliliyini yaxşılaşdırıblar. Yeni müalicə üsulu zəd...

İlon Mask 13-cü övladını doğan məşuqəsindən qisas aldı

Amerikalı ixtiraçı və milyarder İlon Mask, məşuqəsi, yazıçı Eşli Sent-Klerin dünyaya gətirdiyi 13-cü uşağının qanuni qəyyumluğunu qalmaqallarla həll edir. &n...

Tramp prezidentlik dövründə varlanıb - Sərvətinin yeni dəyəri açıqlanıb

ABŞ Prezidenti Donald Tramp sərvətini 2024-cü ildəki 2,3 milyard dollardan 2025-ci ildə 5,1 milyard dollara qədər artırıb.   Sfera.az TASS-a istinadə...

Aktrisaya ağır itki: Qolumda can verdi - FOTO

Tanınmış aktrisa Arzu Abdulovaya ağır itki üz verib. Aktrisanın anası dünyasını dəyişib.   Sfera.az bildirir ki, yenicag.az-a danışan aktrisa gözyaşı...

“Tramp Zelenskidən də, Putindən də narazıdır” - Ağ Evin sözçüsü

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynadan olan həmkarları Vladimir Putinlə Volodimir Zelenskinin bəyanatlarından narazıdır.   Sfera.az Teleqra...

Ötən ay 4556 hektar ərazi minadan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mart ayı...