"Euronews" Qlobal Baku Forumuna həsr olunan xüsusi reportaj hazırlayıb - VİDEO

"Euronews" Qlobal Baku Forumuna həsr olunan xüsusi reportaj hazırlayıb - VİDEO

Avropanın tanınmış televiziya kanalı olan "Euronews" XII Qlobal Baku Forumuna həsr olunan xüsusi reportaj hazırlayıb. 


Sfera.az xəbər verir ki, reportajda forumun əhəmiyyətinə toxunulub. 

 

"Euronews" bildirib ki, forumda liderlər geosiyasi çətinliklər və regional təhlükəsizliklə bağlı məsələlər haqqında fikirlərini bölüşüblər:

 

"XII Qlobal Bakı Forumunda yüksək vəzifəli şəxslər və siyasətçilər “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda müzakirələr aparıblar. Müzakirələrdə Avropa Birliyinin genişləndirilməsi, Cənubi Qafqazdakı regional təhlükəsizlik və münaqişədən sonrakı sabitlik məsələləri nəzərdən keçirilib. Liderlər daha böyük beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu vurğulayıblar, Albaniya və Qərbi Balkanlarda sabitliyin əhəmiyyəti qeyd edililib".


"Euronews" xəbər verir ki, forumun sonunda iştirakçılar qlobal təhlükəsizlik və iqtisadi inkişafla bağlı siyasətdə müzakirələrin rolunu vurğulayıblar.


Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın paytaxtında baş tutan XII Qlobal Bakı Forumu 2025-ci ilin martın 13-15-də keçirilib. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Builki Forumun mövzusu son zamanların aktual olan məsələlərini əks etdirib.


Vasif
 

 


OXŞAR XƏBƏRLƏR