"Heç bir sənəd imzalanmayacaq" - Peskov

"Heç bir sənəd imzalanmayacaq" - Peskov

"Bu gün Səudiyyə Ərəbistanının Ər-Riyadında görüş üçün toplaşan Rusiya və ABŞ ekspert qrupları danışıqlardan sonra heç bir sənəd imzalamağı planlaşdırmır".

 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Xeyr, heç bir sənəd planlaşdırılmır”,- o, TASS-ın müvafiq sualına cavab verərkən deyib.

 

Qeyd edək ki, Rusiya və ABŞ arasında danışıqlar bazar ertəsi səhər başlayıb. Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda başçılıq edir. ABŞ nümayəndə heyətinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının baş direktoru Endryu Pik və Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşı Maykl Anton başçılıq edir. Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun köməkçiləri və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals da iştirak edir.

 

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, məsləhətləşmələrin əsas mövzusu Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı əldə olunmuş razılaşmaya əsasən Qara dəniz taxıl təşəbbüsünün bərpasıdır.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...

Bu ərazilərə yağış yağdı – Faktiki hava

İyulun 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Qeyd ...

Sirlərinizi “ChatGPT”ə etibar etməyin - XƏBƏRDARLIQ

Texnologiya inkişaf etdikcə, getdikcə daha çox insan ChatGPT-yə sadəcə rəqəmsal bir vasitə kimi deyil, bir növ virtual psixoloq və ya sirdaş kimi baxmağa başlay...