İran XİN başçısının Ermənistana səfər proqramı açıqlandı

Siyasət
14:02 / 24.03.2025
3636
İranın xarici işlər naziri Abbas Əraqçinin Ermənistana səfər proqramı açıqlanıb.
Sfera.az xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, martın 24-25-də Abbas Əraqçi İrəvanda səfərdə olacaq. O, martın 25-də rəsmi görüşlər keçirəcək.
A.Əraqçinin bunun ardınca ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub. Onun İrəvana ziyarəti çərçivəsində “Danışıqların gücü” adlı kitabının təqdimat mərasimi də keçiriləcək.