Prezident: Pakistanla strateji tərəfdaşlığın hazırkı səviyyəsi böyük məmnunluq doğurur

Prezident: Pakistanla strateji tərəfdaşlığın hazırkı səviyyəsi böyük məmnunluq doğurur

Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur.

 

Milli.Az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubunda yer alıb.

 

Dövlətimizin başçısı qeyd edib ki, iqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya, müdafiə sənayesi və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu birgə fəaliyyətimiz əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Eyni zamanda beynəlxalq məsələlərdə mövqelərimizin üst-üstə düşməsi və qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının bariz ifadəsi olaraq ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət edir.

 

Prezident İlham Əliyev qeyd edib ki, biz qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan irəli gələn, ortaq mədəni dəyərlər və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hərtərəfli inkişafına müstəsna əhəmiyyət veririk. Ali səviyyədə səfərlərin, görüşlərin və təmasların intensivliyi əməkdaşlığımızın yüksək inkişaf dinamikasının göstəricisidir.

 

"Sizin keçən ay Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri çərçivəsində Sizinlə qarşılıqlı etimad, anlaşma və səmimiyyət şəraitində keçən məhsuldar görüşümüzü, apardığımız fikir mübadilələrini və müzakirələri son dərəcə yüksək qiymətləndirirəm. Səfər əsnasında müxtəlif sahələr üzrə Azərbaycan-Pakistan əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar, o cümlədən imzalanmış çoxsaylı sənədlər ikitərəfli gündəliyimizin əhatə dairəsinin daha da genişləndirilməsinə, müxtəlif istiqamətlər üzrə iqtisadi-ticari potensialımızın reallaşdırılmasına töhfələr verəcəkdir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

 

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, xalqlarımızın sınaqdan çıxmış qardaşlığı və birliyindən güc alan Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətləri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərlə möhkəmlənməyə və dərinləşməyə davam edəcək.

 


OXŞAR XƏBƏRLƏR

Dövlət qulluqçularının reyestri ilə bağlı yeni CƏRİMƏLƏR

  Dövlət qulluqçularının reyestrinin aparılması qaydasının pozulmasına dair cərimələr müəyyənləşdirilir.   Sfera.az xəbər verir ki, bu məsələ...

Bu şəxslər cərimə ediləcək

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdi...

Nikahın qeydə alına bilməməsi ilə bağlı bu qayda ləğv edilir

Məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından “ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə ...

QHT-lərə bank əməliyyatları aparmaq qismən qadağan edildi

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi qaydalarında dəyişiklik edilir.   Sfera.az xəbər verir ki, bu, Mill...

Leyla və Arzu Əliyevalar Xızıda bu ailənin qonağı oldular- FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna ...

İlham Əliyev:"Azərbaycan qazına dünyada böyük tələbat var"

"Hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var".   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezide...