Bayramovdan Arayikgillə bağlı iddialara- Münasibət


Bayramovdan Arayikgillə bağlı iddialara- Münasibət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp arasında telefon danışığı aparılıb.

 

Bu barədə Sfera.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.

 

C.Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun, habelə Minsk Qrupunun və ATƏT-in digər aidiyyəti strukturları ilə bağlı Ermənistan tərəfinin sərgilədiyi mövqenin maneə təşkil etdiyi, Sazişin imzalanması üçün bu maneələrin aradan qaldırılmasının vacib olduğu vurğulanıb.

 

Nazir bununla yanaşı, Azərbaycana qarşı genişmiqyaslı cinayətlər törədilməsində ittiham olunan separatçı liderlərin və erməni əsilli şəxslərin məhkəmə prosesi barədə məlumat verərək, antiterror tədbirlərindən sonra Azərbaycanın humanistlik nümayiş etdirərək 10 mindən artıq qanunsuz erməni silahlı birləşmələrinin nümayəndələrinin ölkəni tərk etməsinə icazə verildiyini bildirib. Həbs edilən şəxslərin isə insanlıq əleyhinə cinayətlərdə ittiham olunduğu qeyd olunub və guya bu həbslərin əsassız olduğu barədə Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının heç bir əsasının olmadığı vurğulanıb. Bu xüsusda, BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun sözügedən məsələ ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi barədə məlumat təqdim edilib.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 12 günlük tətil başlayır

Azərbaycanda bu gündən etibarən ardıcıl 12 günlük qeyri-iş günü olacaq.   Sfera.az xəbər verir ki, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı i...

22 il monastırda özünü rahibə kimi göstərərək yaşayıb - SƏBƏB

İyirmi ildən çox Dominikan monastırlarında "Marqarita bacı" kimi yaşayan Frank Tavaresin bənzərsiz hekayəsi ictimaiyyəti şoka salıb, kitablar və sənəd...

Daxılların adətən donuz formasında dizayn edilməsinin təəccüblü səbəbi - FOTO

Daxıllar insanlara pul qənaət etmək vərdişini inkişaf etdirməyə kömək etmək üçün ən çox istifadə edilən obyektlərdən biridir.   Bəs heç düşünmüsünüz...

Boşanma zamanı ev işi üçün 6800 dollar tələb edib: Məhkəmə 5 dəfə çox təzminat verdi

Bu yaxınlarda Çinin mərkəzindəki Zhongyuan Rayon Məhkəməsi boşanma zamanı ev işlərini gördüyünə görə qadına təqribən 35 min dollar təzminat təyin etmə qərarı çı...

Kommunal xidmətlərlə bağlı yenilik

Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Azərbaycan Respubli...

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.   Sfera.az-ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası &ldq...