Azərbaycan qlobal siyasətin fəal aktorudur

Azərbaycan qlobal siyasətin fəal aktorudur

Dövlət başçımızın “Euronews” televiziya kanalına müsahibəsi Azərbaycanın yeni dünya düzənində tutduğu mövqeyi, özünəinamını və qlobal tendensiyalara qarşı sərgilədiyi müstəqil yanaşmanı ortaya qoydu.

 

Ölkəmizin xarici siyasət prioritetləri, regional sülh prosesi, geosiyasi sabitlik, enerji təhlükəsizliyi və işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı mühüm məsələlərə toxunan Prezidentin açıqlamaları Azərbaycanın regional və qlobal siyasətdəki mühüm rolunu bir daha nümayiş etdirdi. Azərbaycanın çağdaş siyasi və mədəni gerçəkliklərini özündə əks etdirən müsahibəni həmçinin müstəqilliyimizin bərpasından keçən 30 ilə bir baxış kimi də səciyyələndirmək olar.

 

Ölkəmizin xarici siyasət prioritetləri, regional sülh prosesi, enerji təhlükəsizliyi, Azərbaycanın regional və qlobal siyasətdəki rolu, geosiyasi mövqeyi, diplomatik uğurları və təşəbbüsləri yönündə çoxistiqamətli ismarıcları özündə ehtiva edən bu müsahibə Azərbaycanın indiyə qədər keçdiyi və bundan sonra keçəcəyi yolun aydın xarakteristikasını təqdim edir.

 

Dünya ictimaiyyəti tərəfindən böyük rəğbət və diqqətlə izlənilən bu müsahibə Qazaxıstanın "Kazinform", "Ak Jayık", "Arbatmedia.kz", "Ulysmedia.kz", Qırğızıstanın "Turktoday.info, Rusiyanın "TASS", "İnterfaks", "Veçernyaya Moskva", "Vestnik Kavkaza", "Qazeta.ru" rəsmi informasiya agentliklərində, o cümlədən Özbəkistanın, Türkiyənin, Şimali Kiprin, Bolqarıstanın mətbuatında da geniş işıqlandırılıb.

 

Dünyanın qeyri-sabit zamanında, bir sıra ölkələrdə inqilabların silsilə şəklində baş verdiyi və ölkələri viran qoyduğu bir vaxtda böyük güc mərkəzlərinin hədəfində olan Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək və sürətli iqtisadi inkişafa nail olmaq heç də asan məsələ deyildi. Təxminən 30 il ərzində ölkəmizin müharibəyə cəlb olunması ilə onun inkişafını əngəlləməyə və öz asılılığına salmağa çalışan güc mərkəzlərinin cəhdlərinə baxmayaraq, Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasətini yürütməyə və ölkəni salındığı labirintdən çıxarmağa nail oldu. 2020-ci ilin Vətən müharibəsinin özü dünya üçün gözlənilməz olduğu kimi, həmin müharibədə Azərbaycanın tarixi Zəfəri də bir çox dövlətlər və beynəlxalq təşkilatlar üçün gözlənilməz oldu. Lakin Prezident İlham Əliyevin iradəsinə inanan Azərbaycan xalqı bu Qələbəyə əmin idi. Bu tarixi Zəfər son bir neçə əsrdə işğal olunmuş torpaqlarımızın özümüzə qaytarılmasının ilk nümunəsi idi. Bu Qələbəni Azərbaycan xalqı məhz Prezident İlham Əliyevin müdrik siyasəti və mahir diplomatiyası sayəsində qazandı.

 

Müsahibəsində ölkəmizin bu günündən danışan Prezident Azərbaycanı həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə adlandırdı. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatını, 2023-cü ilin il sentyabrın 19-20-də separatçıların yuva saldığı Qarabağ ərazisində antiterror tədbirlərinin həyata keçirilməsini, 2024-cü ildə Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 beynəlxalq iqlim konfransını, bu gün Bakıdan dünyaya körpü olan XII Qlobal Forumu ayrı-ayrılıqda təhlil edən İlham Əliyev bu ictimai-mədəni, hərbi-siyasi hadisələri çağdaş tariximizin parlaq səhifələri adlandırdı.

 

Azərbaycanın dünya dövlətləri ilə münasibətlərinin mahiyyəti, gələcək qlobal və regional miqyaslı iqtisadi layihələr haqqında ətraflı şərhlər verən Prezident bildirdi ki, bu gün Azərbaycanın qazandığı uğurlar, xüsusilə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa olunması epoxal bir hadisədir.

 

Dövlət başçısı müsahibəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan danışıqların vacibliyini vurğuladı. O bildirdi ki, 2020-ci ildə Vətən müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün səmimi və konstruktiv addımlar atıb, rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün real iradə nümayiş etdirir və artıq müqavilənin bir çox müddəaları razılaşdırılıb. O, Ermənistanı tarixi fürsətdən istifadə etməyə və destruktiv yanaşmadan əl çəkməyə çağırdı.

 

Bununla yanaşı, dövlət başçısı bildirdi ki, Azərbaycan öz suverenliyini və təhlükəsizliyini təmin etmək üçün güclü müdafiə strategiyasını davam etdirəcək.

 

Müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycanın Avropa və dünya enerji bazarlarında mühüm tərəfdaş olduğunu vurğuladı. O bildirdi ki, hazırda Azərbaycan 10-dan çox Avropa ölkəsinə təbii qaz ixrac edir və bu, ölkəmizin qlobal enerji təhlükəsizliyində əsas oyunçulardan biri olduğunu sübut edir. Prezident qeyd etdi ki, Azərbaycanın enerji siyasəti təkcə neft və qaz sektorları ilə məhdudlaşmır, ölkə həmçinin yaşıl enerji istehsalında da irəliləyişlərə nail olur.

 

Dövlət başçısı Azərbaycanın bərpa olunan enerji sahəsində apardığı işlərdən danışaraq, Xəzər dənizinin külək enerjisi potensialının yüksək olduğunu və ölkənin bu sahədə böyük layihələrə imza atdığını qeyd etdi. Azərbaycanın bu istiqamətdə Avropa İttifaqı, beynəlxalq maliyyə institutları və aparıcı enerji şirkətləri ilə əməkdaşlıq etdiyini vurğulayan dövlət başçısı, ölkənin gələcəkdə yaşıl enerjini xaricə ixrac etməyi hədəflədiyini də bildirdi.

 

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesindən danışan dövlət başçısı təəssüflə bildirdi ki, Ermənistan 30 il ərzində Qarabağ və Şərqi Zəngəzuru tamamilə dağıdıb, tarixi-mədəni irsimizi məhv edib, yüzlərlə şəhər və kəndi yerlə-yeksan edib. Buna baxmayaraq, Azərbaycan hökuməti genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verib və qısa müddət ərzində mühüm layihələr həyata keçirilib.

 

Prezident İlham Əliyev vurğuladı ki, artıq keçmiş məcburi köçkünlərin ilk qrupunun doğma torpaqlarına qayıdışı təmin edilib və bu proses mərhələli şəkildə davam etdiriləcək. Azərbaycan hökuməti bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edir, müasir infrastruktur layihələri həyata keçirir. Dövlət başçısı beynəlxalq ictimaiyyəti, xüsusilə də donor təşkilatları bərpa prosesinə töhfə verməyə çağırdı.

 

Ölkə başçısının bu çıxışı həmçinin Azərbaycanın beynəlxalq siyasətdə milli maraqlara söykəndiyini və hədəflərə çatmasında ancaq öz gücünə arxalandığını isbatlamış oldu.

 

Müsahibədə ABŞ-Azərbaycan münasibətlərinə də toxunan Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın xarici siyasəti daim balanslı olub və beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Lakin son dövrlərdə ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycana qarşı siyasəti 30 il ərzində qurulmuş münasibətlərə ciddi zərbə vurub. Prezident bildirdi ki, Azərbaycanın regionda artan nüfuzu və müstəqil siyasəti bəzi dairələrdə qısqanclıqla qarşılanır, lakin Azərbaycan öz suveren xarici siyasətindən geri çəkilməyəcək.

 

Prezident İlham Əliyev qeyd etdi ki, rəsmi Bakı beynəlxalq əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq yalnız qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında baş tuta bilər.

 

Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Azərbaycanın regional və beynəlxalq siyasətini bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının vurğuladığı məqamlar Azərbaycanın sülhə, inkişaf və enerji təhlükəsizliyinə verdiyi töhfələri nümayiş etdirdi. Müsahibə Azərbaycanın müstəqil siyasət yürütdüyünü, sülh və əməkdaşlığı daim dəstəklədiyini bir daha təsdiqlədi.

 

Bu müsahibə Azərbaycanın dünya siyasətindəki rolunun daha da möhkəmləndiyinin və ölkəmizin qlobal proseslərdə aktiv iştirak etdiyinin aydın göstəricisidir.

 

Cavanşir Feyziyev

Cavanşir Feyziyev,  Millət vəkili


OXŞAR XƏBƏRLƏR

Tramp Putinlə söhbəti çox məhsuldar adlandırıb

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığını çox məhsuldar adlandırıb.   Sfera.az xəbər verir ki, bu barədə Tramp &l...

Sudandakı müharibə səbəbindən dünya Coca-Cola, şirniyyat və yogurtsuz qala bilər

Sudandakı müharibə bütün dünyada, o cümlədən ABŞ-da qida və kosmetika istehsalına təhlükə yaradıb. Sudandakı hərbiləşdirilmiş RSF (Sürətli Dəstək Qüvvələri) qru...

İlham Əliyev və Mehriban Əliyeva Ağdərəyə səfər edib – Yeni görüntülər

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ölkə başçısının birinci xanım Mehriban Əliyeva ilə Ağdərə rayonuna səfərindən görüntülər paylaşılıb. &nbs...

Gəncədə avtomobil 3 piyadanı vurdu

Gəncədə avtomobil bir neçə piyadanı vuraraq xəsarət yetirib.   Sfera.az-ın məlumatına görə, qəzada yaralanmış üç piyada – 1996-cı il təvəl...

Putin və Tramp İsraillə bağlı razılaşdı

ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin telefon danışığı zamanı İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması barədə razılaşıblar....

Prezidentin sakinlərlə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə gö...