Bayramovun son şərti - Ermənistan sülh üçün nə etməlidir?

Bayramovun son şərti - Ermənistan sülh üçün nə etməlidir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını deyib. XİN rəhbəri növbəti addım olaraq Azərbaycanın gözləntisinin Ermənistanın öz konstitusiyasında dəyişiklik etməsi olduğunu vurğulayıb.

 

Qeyd edək ki, nazirin "Ermənistanın öz konstitusiyasında dəyişiklik etməsi" ilə bağlı dediyi məsələnin əsas məğzi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd olan müddəaların hələ də qüvvədə qalmasıdır.

 

Daha dəqiq ifadə etsək, Ermənistanın hazırkı konstitusiyasında  "Dağlıq Qarabağın Ermənistanla birləşməsi" ideyası və bu istiqamətdə iddiaları təşviq edən müddəalar var. 

 

Məsələn, Ermənistan Konstitusiyasının preambulasında və bəzi maddələrində 1990-cı il "Milli Azadlıq Hərəkatı" və "Dağlıq Qarabağın Ermənistana birləşməsi" ilə bağlı ifadələr yer almaqdadır.

 

Ermənistan konstitusiyasına əsaslanan bəzi qanunvericilik aktlarında da Azərbaycanın suverenliyinə qarşı ərazi iddialarını ehtiva edən müddəalar öz əksini tapır.
Azərbaycan tərəfi isə sülh sazişinin imzalanması və münasibətlərin normallaşdırılması üçün Ermənistanın bu iddialardan rəsmən imtina etməsini, yəni konstitusiyasını və digər normativ hüquqi aktlarını beynəlxalq hüquqa uyğunlaşdırmasını tələb edir. Yəni, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və gələcəkdə də bu iddiaları gündəmə gətirməyəcək hüquqi təminatlar istəyir.

 

Qısaca, nazirin dediyi budur: Ermənistan öz konstitusiyasını dəyişdirərək Azərbaycanın ərazi bütövlüyünə hörmət edən, ona qarşı ərazi iddiaları olmayan bir hüquqi baza yaratmalıdır. Bu olmadan imzalanacaq sülh sazişi tam reallaşmış sayılmır.


Əzizə Zeynal 


 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...