Paşinyan Azərbaycanla sülh sazişi layihəsinin razılaşdırılmasından DANIŞDI


Paşinyan Azərbaycanla sülh sazişi layihəsinin razılaşdırılmasından DANIŞDI

Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin mətni razılaşdırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

 

Saziş nə vaxt imzalanacaq?

 

Paşinyan sazişin imzalanma tarixinə toxunaraq qeyd edib: "Artıq bildirmişik ki, sənəd imzalamağa hazırdır. Biz imzalama tarixi və məkanı ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycanın Xarici İşlər Nazirliyi də bu barədə açıqlama verib və ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqlarını bildirib. Onların öz fikirləri var, bizim də öz yanaşmamız var. Güman edirəm ki, bu müzakirələr zamanı biz bu fikirləri bir-birinə yaxınlaşdırmağa çalışacağıq".

 

"Münaqişənin həlli mümkündür"

 

Paşinyan Ermənistan və Azərbaycanın yaxın perspektivdə sülhə nail ola bilməyəcəyi barədə iddialarla razı olmadığını vurğulayıb: "Əslində, Ermənistan və Azərbaycan arasında sülh üçün ciddi əsaslar yaradılıb. Bu əsaslardan biri də 1991-ci il Almatı Bəyannaməsinə əsasən, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasıdır. Bu, artıq reallıqdır və bu reallıq üfüqdə görünməlidir".

 

4 illik danışıqlar və konkret nəticələr

 

O bildirib ki, Bakı və İrəvan dörd ildir ki, sülh prosesi üzrə danışıqlar aparır və bu müddət ərzində konkret nəticələr əldə edilib.

 

"Bəzi sərhəd ərazilərinin müəyyən edilməsi prosesi artıq başa çatıb. Bəs buradan sonra hansı yolu tutmalıyıq? Əgər biz ardıcıl səylərimizi davam etdirsək, prosesin istiqaməti artıq aydındır. Sülh layihəsi masadadır, əsas məsələ bu layihədən imtina etməməkdir", — deyə Paşinyan vurğulayıb.

 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...