Ərdoğan İlham Əliyevlə görüşündən danışdı - VİDEO

Siyasət
07:10 / 11.03.2025
2206
İğdır-Naxçıvan qaz kəməri sayəsində biz ən azı 30 il ərzində Naxçıvanın bütün təbii qaza olan tələbatını ödəyəcəyik”.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
“Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı İğdır-Naxçıvan qaz kəmərinin açılışını həyata keçirdik. Həmçinin qardaşım İlham Əliyev ilə başda Ermənistanla sülh danışıqları olmaqla, bir çox mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq”.
Qeyd edək ki, martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.