Milli Məclis İsveç-Ermənistan dostluq qrupunun qərəzli bəyanatını qəbuledilməz sayıb

Milli Məclis İsveç-Ermənistan dostluq qrupunun qərəzli bəyanatını qəbuledilməz sayıb

Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri İsveç parlamentində İsveç-Ermənistan dostluq qrupu üzvlərinə məktub ünvanlayıb.

 

Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

 

Məktubda deyilir:

 

“Biz, Azərbaycan Respublikası Milli Məclisinin İsveç parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvləri, İsveç parlamentinin “İsveç-Ermənistan dostluq qrupu” kimi bu il martın 6-da qəbul etdiyiniz əsassız, qeyri-obyektiv və qərəzli bəyanatı qətiyyətlə rədd edirik. Saxta məlumatlar və yalan ittihamlar ilə dolu olan bu bəyanat reallığı təhrif etmək, Azərbaycan Respublikasının suverenliyini şübhə altına almaq, erməni separatçılarının və müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmaq üçün göstərilən rüsvayçı bir cəhddir.

 

Erməni lobbisinin bir hissəsi olaraq, siz Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalının, dinc azərbaycanlı sakinlərə qarşı saysız-hesabsız hərbi cinayətlərin, etnik təmizləmələrin və insan hüquqlarının kütləvi surətdə kobudcasına pozulmasının üstündən sükutla keçməyi qərara almısınız. Siz erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklərə, Xocalı soyqırımına, günahsız insanları, o cümlədən uşaqları, qadınları və qocaları dözülməz işgəncələr verərək qəddarcasına qətlə yetirməsinə bilərəkdən göz yummağa üstünlük vermisiniz.

 

Beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın ağır cinayətlər, o cümlədən separatizm cinayətləri, sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, Azərbaycan dövlətinə və onun vətəndaşlarına qarşı terror aktları törətmiş şəxsləri təqib etməyə tam qanuni hüququ var. “Erməni məhbusların, o cümlədən siyasi xadimlərin və mülki şəxslərin qanunsuz şəkildə azadlıqdan məhrum edilməsi, cismani və psixoloji işgəncələrə və siyasi təqiblərə məruz qoyulması” kimi və digər qondarma ittihamlar Azərbaycan torpaqlarının işğal altında saxlanılması, şəhər və kəndlərimizin yerlə yeksan edilməsi, etnik təmizləmələr yolu ilə 750 min azərbaycanlının öz vətənində didərgin salınması və Azərbaycanın mili, mədəni və tarixi mirasının sistemli şəkildə məhv edilməsi üçün məsuliyyət daşıyan şəxslərin əməllərindən diqqəti yayındırmağa yönələn uydurmalardan başqa bir şey deyil.

 

İsveç-Ermənistan dostluq qrupu üzvlərinin riyakarlığı 30 illik işğal dövründə erməni qüvvələrinin zülmündən zərər çəkmiş minlərcə azərbaycanlı dinc sakinin, o cümlədən aqibəti bu günədək məlum olmayan 4 min itkinin taleyinin görməzdən gəlinməsində də özünü göstərir.

 

İkili standartlara əsaslanan selektiv və qərəzli yanaşma qrup üzvlərinin həqiqi niyyətinin siyasi manipulyasiyalar yolu ilə Azərbaycanı qaralamaqdan ibarət olduğunu nümayiş etdirir.

 

Bəyanatda müharibə canilərinin və separatçıların məsum “siyasi xadimlər və mülki şəxslər” kimi qələmə verilməsi faktların həyasızcasına təhrif edilməsidir. Adıçəkilən şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunlarını pozmuş cinayətkarlardır və ədalətli, şəffaf məhkəmə araşdırması yolu ilə öz əməlləri üçün məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdırlar.

 

Azərbaycanın məhkəmə sistemi beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir və bunun əksinin iddia edilməsi iftiradan başqa bir şey deyildir. Biz sülhü və haqq-ədaləti dəstəkləməyə deyil, gərginliyi gücləndirməyə və düşmənçiliyi qızışdırmağa yönələn rüsvayçı və qərəzli bəyanatı qətiyyətlə pisləyirik. Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiqdir. Heç bir xarici təhdid və müdaxilə bizim qanunun aliliyini qorumaq və ölkəmizə qarşı törədilmiş cinayətlərə görə məsuliyyəti təmin etmək əzmimizə xələl gətirə bilməz.

 

Hər kəs bu reallığı qəbul etməlidir ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və separatizmdən qorumaq üçün suveren hüquqları daxilində hərəkət etmişdir və hərəkət edir.

 

Biz, Azərbaycan Respublikası Milli Məclisinin İsveç parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvləri, sizi əsassız ittihamlardan, haqq-ədaləti sarsıtmağa yönələn saxta iddialardan imtina etməyə çağırırıq. Müharibə canilərinin cəzasız qaldığı dövr artıq başa çatmışdır və xalqımıza, dövlətimizə qarşı cinayətlərdə təqsiri olanlara haqq qazandırmaq üçün göstərilən bütün cəhdlər boşa çıxacaq”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Ramazanın 11-ci gününün duası - İmsak iftar vaxtı

Sabah Ramazan ayının on birinci günüdür.   Sfera.az xəbər verir ki, imsak vaxtı saat 05:33-ə, iftar vaxtı isə 18:57-yə təyin olunub.   11-...

Hacıyev Britaniyanın dövlət naziri və təhlükəsizlik müşaviri ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Avropa,...

Möylə Mirzəliyevin vəziyyəti kritikdir

Süni tənəffüs dəstəyi ilə təmin olunan Möylə Mirzəliyevin vəziyyəti kritik ağır olaraq dəyərləndirilir.   Sfera.az xəbər verir ki, bu barədə APA-ya T...

İlham Əliyevlə xüsusilə bu məsələni müzakirə etdik - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə danışıb.   Sfera.az xəbər verir ki, Ərdoğan mü...

Şahzadə 22 yaşında nadir xəstəlikdən vəfat edib - FOTOLAR

Lüksemburq Böyük Hersoqunun qardaşı oğlu Şahzadə Frederik de Nassau Paris xəstəxanasında dünyasını dəyişib.    Sfera.az bildirir ki, Şahzadə nad...

Sabah bu ərazidə qaz olmayacaq

Xəzər rayonu, “Qala” QTM-dən qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə kö...