İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib.

 

Sfera.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

 

Qeyd olunub ki, İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində aqrar sığorta sisteminin təkmilləşdirilməsi və yeni konsepsiyanın müəyyən edilməsi üzrə yaradılmış İşçi qrup tərəfindən hazırlanan “Aqrar sığorta sisteminin inkişafı ilə bağlı Fəaliyyət Planı”, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri, o cümlədən 2024-cü ildə pul siyasətinin əsas nəticələri, bank və sığorta sektoru üzrə əsas göstəricilər və inkişaf trendləri, habelə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair 2024-cü ilin Hesabatı və digər cari məsələlər geniş müzakirə olunub.

 

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sığorta sistemi ilə bağlı çıxış edib.

 

Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən ətraflı müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. 


OXŞAR XƏBƏRLƏR

İsrail-İran müharibəsinin qalibi…- AÇIQLAMA

İsrail–İran müharibəsi dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrildi. Yalnız regionda deyil, qlobal səviyyədə iqtisadi və siyasi çalxalanma...

Prezident sərəncam İMZALADI

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün F...

Baqrat Qalstanyan həbs edildi - Dövlət çevrilişi etmək istəyirmiş

Ermənistan Milli Təhlükəsizlik Xidməti keşiş Baqrat Qalstanyanı saxlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, müxalif “Vətən uğrunda Ta...

"100 manata 9 sm boy artımı" vədi: Azərbaycanda yeni dələduzluq? – VİDEO

  "Cəmi 100 manat ver, 9 santimetrə qədər boyunu uzadaq. Aparatla ağrısız və əməliyyatsız boy artımı".   Sfera.az Xəzər TV-yə ...

Böyük Britaniya müharibəyə hazırlaşır - Yeni təhlükə siqnalı var?

Böyük Britaniya ilk dəfə olaraq milli təhlükəsizlik strategiyasında öz ərazisində baş verə biləcək müharibəyə və hərbi münaqişəyə hazırlıq ehtiyacından açıq şək...

Azərbaycan nefti ucuzlaşdı: Nələr gözlənilir?

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. Ü...