"Macarıstanın Ukraynaya ərazi iddiası var"- Politoloqdan AÇIQLAMA

"Macarıstanın Ukraynaya ərazi iddiası var"- Politoloqdan AÇIQLAMA

Macarıstan növbəti dəfə Avropanın Ukrayna ilə bağlı dəstək layihəsini bloklayıb. Bununla yanaşı rəsmi Budapeşt Avropa İttifaqının Ukraynaya 20 milyard avroluq yardım paketinə qarşı çıxıb. 

 

Macarıstanın Ukrayna məsələsinə verdiyi reaksiya ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Budapeştin Kiyev ilə bu cür davranışlarına nələrin səbəb olduğunu bildirib:

 

“Birinci səbəb Qərbi Ukraynada yaşayan macar azlığı ilə bağlı iki ölkə arasında mövcud problemlərdir. Bundan əlavə, Macarıstanın Rusiya ilə münasibətləri kifayət qədər normaldır və Avropada Putinlə birbaşa əlaqəsi olan liderlər arasında Viktor Orban xüsusilə fərqlənir”.

 

Politoloq həmçinin Macarıstanın Ukraynaya ərazi iddiasından söz açıb:

 

“Macarıstan Baş naziri Viktor Orbanın ABŞ Prezidenti Donald Trampla da müntəzəm əlaqələri var. Hazırda Ukrayna ilə ABŞ arasındakı gərgin münasibətlər fonunda Macarıstan öz siyasətini həm ABŞ, həm də Rusiya ilə koordinasiya edərək bu addımları atır. Macarıstan hesab edir ki, bu mövqeyi hər iki böyük dövlətin maraqlarına uyğundur və gələcəkdə ona müəyyən imkanlar yarada bilər.

 

Bu çərçivədə Macarıstan növbəti dəfə Ukraynaya yardımı bloklayıb. Bunun əsas səbəbi qeyd etdiyim kimi Ukrayna ərazisində yaşayan macar azlıqları ilə bağlıdır. Hətta belə mövqe var ki, Macarıstan tərəfinin məhz Ukraynanın qərb hissəsində macar azlığı yaşayan bölgələrə ərazi iddiaları da var”.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...