Zelenski üzrünü istədi, sırada nə var? - AÇIQLAMA

Zelenski üzrünü istədi, sırada nə var? - AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışdığını bildirib. 
O qeyd edib ki, davamlı sülhə nail olmaq üçün özü və komandası ABŞ Prezidenti Donald Trampın güclü rəhbərliyi altında işləməyə hazırdır. 

 

Zelenskinin təklif etdiyi sülh planı nə qədər realdır? Rusiya Ukraynanın ilkin şərtlərini qəbul edə bilərmi? Sülh danışıqları ABŞ xaricində başqa hansısa beynəlxalq oyunçuların iştirakı ilə baş tuta bilər?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov son iki həftənin və qarşıdakı dövrün Rusiya-Ukrayna müharibəsinin həlli baxımından mühüm olacağını bildirib:

 

“Ukrayna Prezidenti Volodimir Zelenski üçün artıq qərar vermək vaxtıdır. Hazırda Rusiya cəbhədə taktiki üstünlüyünü qoruyur. Eyni zamanda, ABŞ-də Donald Trampın yenidən hakimiyyətə gəlməsi Rusiyanın mövqeyini daha da gücləndirib. Tramp Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır və müharibəni bitirmək üçün Ukraynaya təzyiq göstərməkdən çəkinmir. Onun Zelenski ilə Vaşinqtondakı son görüşü böyük səs-küy doğurdu. Daha sonra Tramp Britaniyaya səfər etdi və Avropa dövlətlərinin liderləri ilə görüşdü. Avropa ölkələri Ukraynaya dəstək verdiklərini bildirsələr də, ABŞ olmadan bu prosesin davam edə bilməyəcəyini açıq şəkildə ifadə etdilər”.

Onun sözlərinə görə, bu vəziyyət ABŞ və Avropa arasında gərginliyə səbəb olub: “Avropa dövlətləri anlayır ki, Rusiya Ukraynada qalib gəlsə, növbəti hədəfi sərhəd qonşusu olan Avropa ölkələrindən biri ola bilər. Buna görə də onlar ABŞ ilə münasibətləri korlamaq istəmirlər. Ukraynaya isə bildirirlər ki, Vaşinqtonun istədiyi şərtləri qəbul etməlidir. Bunun müqabilində Avropa Ukraynaya müəyyən təhlükəsizlik təminatları təqdim edə bilər, lakin bu təminatların nə dərəcədə etibarlı olduğu sual altındadır. Zelenski üçün vəziyyət getdikcə çətinləşir. O, həm ölkəsinin gələcəyi, həm də öz şəxsi təhlükəsizliyi və hakimiyyəti baxımından ciddi risklər altındadır. Onsuz da bu günə qədər Rusiya ilə savaşan Zelenski bir yandan da ABŞ-lə qarşıdurmaya girmək istəmir. Çünki anlayır ki, ABŞ onu hakimiyyətdən uzaqlaşdıra və hətta ona qarşı sui-qəsd təşkil edə bilər”.

 

Müsahibimiz Zelenskinin qəbul edə biləcəyi qərarlardan bəhs edib. K.Novruzov Zelenskinin seçimlərinin məhdud olduğuna işarə edib:

 


“Bu vəziyyətdə Zelenskinin qarşısında bir neçə mümkün seçim var. İstefa vermək – Müharibənin nəticələrinə görə məsuliyyətdən yayınmaq üçün istefa verə bilər. Kapitulyasiya aktını imzalamaq – Əgər başqa çıxış yolu qalmazsa, kapitulyasiyanı qəbul edərək, bunun Ukrayna üçün ən az itkilə nəticələnən yol olduğunu bildirə bilər. Müharibəni genişləndirmək – Ukrayna tam məğlubiyyətə uğramamaq üçün savaşı daha da genişləndirməyə çalışa bilər. Minimal qazanclarla müharibəni bitirmək – Münaqişəni müəyyən güzəştlər qarşılığında dayandırmağa cəhd edə bilər.

 

Bütün hallarda Rusiya və Ukrayna bu müharibədə ağır itkilər verib. Müharibənin ilk günlərindən bəlli idi ki, Ukrayna bir bataqlığa çevrilib və Rusiya da həmin bataqlıqda ilişib qalıb. Yaxın günlərdə atılacaq addımlar müharibənin gələcək taleyini müəyyən edəcək”.

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...