Rəsmi Bakıdan Paşinyana cavab


Rəsmi Bakıdan Paşinyana cavab

Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Baş nazirinin “Armenpress” xəbər agentliyində kommunikasiyalara dair dərc olunmuş məqaləsi ilə bağlı yerli medianın sualına cavabında deyib.

 

“30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur.

 

Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib.

 

Ümumilikdə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır”, - XİN rəsmisi bildirib.


OXŞAR XƏBƏRLƏR

Bu evdə yalnız bir nəfər sağ qaldı, o da şəhidin qardaşı...

Ötən gün axşam saatlarında Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni - 56 yaşlı atası Məcnun, 52 yaşlı anası Gülnaz Ağayeva d...

Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadir İmam ilə ...

Namiq Aygünlə münasibətindən danışdı: "Onunla elə də..."

Meyxanaçı Namiq Qaraçuxurlu duet ortağı Aygün Kazımova ilə münasibətlərindən söz açıb.   Sənətçi bu haqda qonaq olduğu "İncə səhər" veriliş...

"Orucunu açan adam 90 manatlıq nə yeyə bilər?"

"Artıq ikinci ildir ki, iftar menyuları ilə bağlı danışıram. Bu söhbətlər son 2-3 ildir başlayıb. Yənə bir nəfər üçün 30, 60, 80, 90 manata iftar menyuları...

Sosial evlərlə bağlı dələduzluq edənlər HƏBS OLUNDULAR

Sosial evlərlə bağlı dələduzluq edən iki nəfər həbs olunub.   Sfera.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1985-ci il təvəllüdlü ...

Zelenskidən barışıq bəyanatı: Trampın rəhbərliyi altında işləməyə hazırıq

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışdığını bildirib.   Sfe...