Trampdan mühüm açıqlama: "Sabah gecə..."

Trampdan mühüm açıqlama: "Sabah gecə..."


ABŞ Prezidenti Donald Tramp sabah mühüm bir açıqlama verəcəyini bildirib. 

 

Sfera.az “CNN Türk”ə istinadən xəbər verir ki, o, "Truth Social" platformasında paylaşdığı mesajda, “Sabah gecə böyük olacaq. Olduğu kimi açıqlayacam!” sözləri ilə diqqət çəkib.

 

Prezidentlik dövründə gözlənilməz çıxışları ilə gündəmə gələn Tramp, Ağ Evdə keçirdiyi görüşlərdə və xarici liderlərlə olan münasibətlərində sərgilədiyi jestlər və açıqlamaları ilə də tez-tez müzakirə mövzusu olub.

 

Xüsusilə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdə baş tutan son görüşdə yaşanan gərgin anlar beynəlxalq arenada böyük səs-küy doğurmuşdu. Trampın sabahkı açıqlamasının nə ilə bağlı olacağı isə böyük maraqla gözlənilir.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Universitetlərlə bağlı YENİLİK – 4 illik təhsil tarixə QOVUŞUR...

Azərbaycanda ali təhsil müddətinin azaldılması, son dövrlərdə təhsil sahəsindəki əsas müzakirə mövzularından birinə çevrilib. Təhsil müddətinin qısaldılması, cə...

Asteroid Ayla toqquşacaq

2024-cü ilin sonunda kəşf edilən, 60 metr enindəki “2024 YR4” adlı asteroidin 2032-ci il dekabrın 22-də Yerə çırpılma ehtimalı əvvəlcə 3,1 faiz olar...

Müasir enerji layihələri milli təhlükəsizliyimizin gücləndirilməsinə xidmət edir

Enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün ölkələr tərəfindən prioritet vəzifələrdən biri kimi qiymətləndirilir. Qlobal təhlükəsizliyi təhdid edən yen...

Bakıda mənzillər və kirayə evlər bahalaşdı - QİYMƏTLƏR

2025-ci ilin iyun ayında Azərbaycanda əmlak bazarı stabil və nisbi canlanma ilə müşahidə olunur. Yay mövsümünün başlaması və ipoteka imkanlarının genişlənməsi a...

Bu rayonların icra başçısı vəzifəsi boşdur

Azərbaycanda hazırda 3 rayonun icra başçısı vəzifəsi boşdur.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bunlar Qax, Bakı şəhərinin Nəsimi v...

Fəxri Məmmədov bu rayona prokuror təyin edildi

Baş Prokurorun əmrilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Fəxri Məmmədov Yardımlı rayon prokuroru vəzifəsinə təyin edilib.   Sfera.az xəbə...