Netanyahu HƏMAS-ı hədələdi, Trampa təşəkkür etdi

Netanyahu HƏMAS-ı hədələdi, Trampa təşəkkür etdi

İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS-ı hədələyib. 

 

Sfera.az Haber Global-a istinadən xəbər verir ki, o, Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsinin başa çatmasından sonra HƏMAS-ın irəli sürülən şərtləri qəbul etməməsi və israilli əsirləri təhvil verməməsi ilə bağlı İsrailin addım atacağını deyib.

 

İsrail Baş naziri Benyamin Netanyahu, "X" hesabında paylaşım edərək ABŞ Prezidenti Donald Trampa təşəkkür edib və “İsrailin Ağ Evdə ən böyük dostu prezident Tramp, bu dostluğu hər gün göstərir” deyib. Netanyahu, Trampın Qəzza zolağındakı fələstinliləri yerindən etmə planı və İsrailin istədiyi silahları göndərərək bu dostluğu açıq şəkildə göstərdiyini söyləyib.O, həmçinin Trampın İsraillə İranla mübarizədə “işi bitirmək” üçün silah göndərdiyini və HƏMAS-a əsirləri buraxması üçün təzyiq göstərdiyini iddia edib.

 

Netanyahu Trampın Orta Şərq üzrə Xüsusi Nümayəndəsi Stiv Vitkofun  “müvəqqəti atəşkəsi 50 gün uzatma” planını müdafiə edib. Bu plana əsasən, Qəzza zolağında qalan israilli əsirlərin yarısı dərhal sərbəst buraxılacaq, qalan yarısı isə daimi atəşkəs razılığı əldə olarsa buraxılacaq. 

 

Netanyahu, HƏMAS-ın “daimi atəşkəs üçün qəbul edilməyəcək təkliflər” təqdim etdiyini iddia edib. O, həmçinin İsrailin Qəzzəyə humanitar yardım göndərilməsini dayandırdığını və bu dəstəyin Qəzza xalqına çatmadığını vurğulayıb. Baş nazir  “HƏMAS əsirlərimizi saxlamağa davam edərsə, daha irəli addımlar atacağıq” deyərək Trampın İsraili bu məsələdə dəstəkləyəcəyini bildirib.

 

Fidan Hacızadə

 


OXŞAR XƏBƏRLƏR

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...