Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda Zəfər parkını ziyarət edib

Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda Zəfər parkını ziyarət edib

Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib.

 

Sfera.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Qazaxıstanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.

 

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

 

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.


OXŞAR XƏBƏRLƏR

Türkiyənin Ankara şəhərində ağır yol qəzası: yaralılar var

Türkiyənin Ankara şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, hadisə Gölbaşı rayonunda qeydə alınıb.    Sürü...

Qadın babasının İkinci Dünya Müharibəsindəki rolu ilə bağlı inanılmaz sənədlər tapdı

Bu yaxınlarda babasını (Ellsworth Rose) itirən 34 yaşlı Kira Şişko onun 1940-cı illərin sonlarına aid köhnə tərcümeyi-halını tapanda gözlərinə inana bilməyib. B...

İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI

Martın 4 və 5-də Yeri G1 səviyyəli maqnit qasırğası əhatə edəcək.   Sfera.az bildirir ki, bu proqnozu Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomi...

Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək

Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev Azərbaycana səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri ...

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: 10-12 martdan etibarən ENDİRİMLƏR OLACAQ

Ramazan ayı və Novruz bayramı ərəfəsində Azərbaycanda rəsmi avtomobil dilerləri müştərilər üçün müxtəlif güzəştlər və endirim kampaniyaları təqdim edirlər. Hazı...

“Şamaxı” “Səbail”i məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.   Sfera.az xəbər verir ki, turun açılış oyununda “Səbail” evdə “...