Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər nazirinə cavab verib


Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər nazirinə cavab verib

İflasa uğramış xarici siyasətindən dərs çıxarmaq əvəzinə, ölkəmizi əsassız iddialarla günahlandırmaqla düşdüyü vəziyyətdən ictimai diqqəti yayındırmağa çalışan Fransa tərəfinin səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik.

 

Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın iddialarına cavabında deyib.

 

"Fransadan fərqli olaraq, öz xarici siyasətində və bütün addımlarında beynəlxalq hüququn əsas norma və prinsiplərini rəhbər tutan Azərbaycanı əsassız yerə günahlandıran bu ölkənin özünün müstəmləkəçilik keçmişini davam etdirmək naminə müxtəlif ölkə və xalqlara qarşı atdığı qeyri-demokratik addımlarını unutmasına baxmayaraq, onları hər kəs yaxşı xatırlayır.

 

Cənubi Qafqazda sülh üçün yaranmış tarixi imkanlar fonunda Fransanın çıxış etdiyi mövqeyə, habelə Ermənistanı silahlandırmaqla bölgədə yeni eskalasiya törətmək cəhdlərinə baxmaq kifayətdir ki, əslində kimin həqiqətən də “xarici müdaxilə” ilə məşğul olduğu aydın olsun.

 

Qəribədir ki, Azərbaycanı “etnik təmizləmə”də ittiham edən Fransa tərəfi, keçmiş münaqişənin həllinə məsul olan Minsk prosesinin həmsədrlərindən biri olması və bu ölkənin heç zaman Ermənistanın işğal siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini qınamaması fonunda, könüllü surətdə Azərbaycanın Qarabağ bölgəsini tərk edən insanların guya “etnik təmizləməyə” məruz qalmasını iddia etməsi riyakarlıqdan və öz maraqları naminə faktların təhrifindən başqa bir şey deyil.

 

Fransa tərəfindən ölkəmizə qarşı bu əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik", - XİN rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, 28 fevral 2025-ci il tarixində Fransanın dənizaşırı ərazilər naziri Manuel Vals Yeni Kaledoniyaya səfəri zamanı Azərbaycanı Fransanın dənizaşırı ərazilərinə müdaxilədə və sabitliyi pozmağa çalışmaqda günahlandıraraq, habelə ölkəmizi Qarabağda guya “etnik təmizləmə” aparmaqda ittiham edib.


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda yataqxanada YANĞIN: tüstüdən zəhərlənən var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat da...

Sabah maqnit qasırğası gözlənilir

Həftə sonu Günəş aktivliyinin artacağı gözlənilir   Sfera.az xəbər verir ki, martın 1-2-də Günəş və geomaqnit aktivliyi yüksələcək.   Geom...

Qarlı və buzlu yollar: Bakıda nəqliyyatın hərəkəti çətinləşdi

Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolun qarlı və buzlu olması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib.   Sfera.az xəbər verir ki, bu ...

Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA

Son vaxtlar polis əməkdaşları qapı-qapı gəzərək mənzildə yaşayan şəxsləri sorğu-sual edir.   Sfera.az xəbər verir ki, bununla bağlı sosial şəbək...

Polis məşhur aktyor və həyat yoldaşının ölümünün təfərrüatlarını açıqladı

Xəbər verdiyimiz kimi, “Oskar” mükafatlı aktyor Cin Hekman və həyat yoldaşı, çərşənbə günü, fevralın 27-də evlərində ölü tapılıb. Polis araşdırmalar...

Fazil Qasımova 10 il həbs cəzası istənilib

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə məhk...