NATO-nun qapıları Ukraynanın üzünə bağlandı

NATO-nun qapıları Ukraynanın üzünə bağlandı

ABŞ Prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzvlük imkanlarını dəyərləndirib. Dövlət başçısının sözlərinə görə, Ukrayna NATO-ya üzvlük məsələsini unutmalıdır.

 


Doğrudan da Ukrayna NATO-ya daxil ola bilməyəcək?

 


Sfera.az-a açıqlama verən politoloq Fərhad Məmmədov deyib ki, Ukraynanın NATO-ya üzv olması məsələsi artıq bəzi dairələrdə “qapanmış” kimi görünür. O qeyd etdi ki, əvəzində Ukrayna ABŞ ilə iqtisadi sövdələşmələr imzalayaraq, ABŞ-dən təhlükəsizlik qarantiyaları almağa çalışır: “Bu təhlükəsizlik zəmanətləri, xüsusilə ölkənin işğal altındakı ərazilərindəki təbii ehtiyatların işlənməsi ilə əlaqəlidir. Bu ərazilərdə təbii ehtiyatların işlənməsi ABŞ şirkətləri tərəfindən həyata keçiriləcək". 

 


Politoloqun fikrincə, Ukrayna Avropa ölkələri ilə təhlükəsizlik qarantiyaları barədə də danışıqlar aparır: “Lakin burada vacib bir məsələ var: bu qarantiyalar hansı əraziləri əhatə edir? Əgər dövlət olaraq bu sənəd imzalanırsa, işğal olunmuş ərazilər nəzərdə tutulur. Avropa ölkələrinin ABŞ olmadan bu təhlükəsizlik təminatlarını tam şəkildə təmin etməsi mümkün deyil". 

 


F.Məmmədov həmçinin vurğulayıb ki, Avropa ölkələri ABŞ olmadan bu təhlükəsizlik qarantiyalarını tam şəkildə təmin edə bilməz: “Ukraynanın NATO-ya üzv olmaq perspektivinin itməsi, ölkənin gələcək təhlükəsizlik və geosiyasi strategiyalarını yenidən formalaşdırmağa məcbur edə bilər”.


 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...

Ağır xəstə olan Brüs Uillisin vəziyyəti pisləşib: Danışa yeriyə bilimir

Frontotemporal demensiyadan (FTD) əziyyət çəkən əfsanəvi Hollivud aktyoru Brüs Uillis getdikcə real həyatl əlaqəni itirir. Onun vəziyyəti son vaxtlar ciddi şəki...

Bunu da sənayeyə çevirdilər: Yaponiyada ailə icarəyə verilir

Yaponiyada tək yaşayanların sayı ildən-ilə artır. Hətta izdihamlı şəhərlərdə insanlar bir-birindən daha da uzaqlaşır. Evlilik yaşı təxirə salınır, uşaq doğum sə...

Trampın xüsusi nümayəndəsi Qəzzaya gedəcək

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzzaya gedəcək.   Sfera.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü ...

FHN Qarabağdakı yanğınla bağlı məlumat yaydı

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib. &...

Qurbanov RƏQİBDƏN DANIŞDI: "Bu vəziyyətlərdə daha təhlükəli olurlar"

"Yaxşı və istəkli komandaya qarşı oynayacağıq".   Sfera.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UE...