Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda - FOTO

 

Bəhreyn Krallığına səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bu ölkənin RAK İncəsənət Fondunu ziyarət ediblər.

 

Sfera.az xəbər verir ki, ziyarət zamanı burada təqdim edilən dünyaşöhrətli rəssamların əsərlərindən ibarət ekspozisiya ilə də tanışlıq olub.
 

RAK İncəsənət Fondu müxtəlif sənət sərgilərindən əldə olunan, ayrı-ayrı nəsilləri və incəsənət məktəblərini təmsil edən bəhreynli rəssamların əsərlərinin ən seçmə nümunələrini təqdim edir.
 

Qeyri-kommersiya təşkilatı olan RAK rəssamların dünya miqyasındakı rolunu gücləndirir və müxtəlif sərgilər, tədbirlər, əməkdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq tərəfdaşlıqlara töhfə verir. Fondun fəaliyyətinin məqsədi incəsənət təmsilçilərini bir araya gətirmək, ictimaiyyəti maarifləndirmək, tənqidi mühakimə yürütmək və sosial dialoq üçün platforma təmin etməkdir.

 

RAK İncəsənət Fondunun rəssamlarının əsərləri Azərbaycan izləyicilərinə ötən il Bakıda açılan sərgidə təqdim edilmişdi. Həmçinin Heydər Əliyev Mərkəzində RAK İncəsənət Fondunun təsisçisi və görkəmli bəhreynli rəssam Raşid Al Xalifanın sərgisi təşkil olunmuşdu.
 

Qeyd edək ki, Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə, o cümlədən incəsənət sahəsində səmərəli əməkdaşlıq qurulub. Ümumbəşəri sənət dili sayılan incəsənət xalqlar arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin qurulmasına mühüm töhfədir. Mədəni sahədə əlaqələr ölkələrimiz arasında gələcək tərəfdaşlıq imkanlarının daha da genişlənməsinə zəmin yaradır.














OXŞAR XƏBƏRLƏR

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...