Rusiya və ABŞ nümayəndə heyətləri sabah bir araya gələcək

Rusiya və ABŞ nümayəndə heyətləri sabah bir araya gələcək

Keçən həftə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyada bir araya gələn Rusiya və ABŞ-dən olan nümayəndə heyətləri sabah Türkiyənin İstanbul şəhərində görüşəcək.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Sergey Lavrov Qətərin paytaxtı Dohaya səfərindən sonra keçirilən mətbuat konfransında ABŞ-Rusiya danışıqlarına toxunub. O bildirib ki, ABŞ və Rusiya nümayəndə heyətləri sabah görüşərək səfirliklərin işi ilə bağlı problemləri müzakirə edəcəklər.

 

“Biz bildirmişdik ki, diplomatlarımız və yüksək səviyyəli ekspertlərimiz bir araya gələcək və ABŞ-nin Moskvadakı səfirliyinin işini pozan, ABŞ-nin əvvəlki administrasiyasının Rusiya səfirliyinin fəaliyyətinə süni əngəllər yaratmaq üzrə qanunsuz fəaliyyəti nəticəsində gözlənilən məsələlərlə bağlı müzakirələr aparacaqlar, buna görə də təbii qarşılıq verdik”, - Lavrov vurğulayıb.

 

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR