Ərdoğan Xocalı soyqırımının qurbanlarını yad etdi


Ərdoğan Xocalı soyqırımının qurbanlarını yad etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.

 

Sfera.az  xəbər verir ki, paylaşımda deyilir:

 

"Ağrısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı bacı və qardaşlarımızı rəhmətlə yad edirəm.

 

Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm".

 

Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

 

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.


OXŞAR XƏBƏRLƏR

Bayramov Səudiyyənin XİN rəhbəri ilə görüşdü

26 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkəni...

Bu məşhur serial finala çıxır

Məşhur "Siyah kalp" serialı finala çıxır.    Sfera.az xəbər verir ki, serialın son yayım tarixi bəlli olub. Serial son bölümü martın 2...

MM Xocalı soyqırımı ilə əlaqədar müraciətlər ünvanladı

Milli Məclis tərəfindən Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamen...

Gizli xəstəlik: 50-dən çox insan naməlum səbəbdən öldü

Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasında 50-dən çox insan naməlum xəstəlikdən ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhi...

Rusiya və Belarus arasında təhlükəsizlik müqaviləsi ratifikasiya edildi

Rusiyanın Federasiya Şurası bugünkü iclasında İttifaq dövləti çərçivəsində Rusiya və Belarus arasında təhlükəsizlik zəmanətlərinə dair müqaviləni ratifikasiya e...

DİM imtahan verəcək şagirdlərə müraciət etdi

Martın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hiss...