Baş nazir mühüm qərar imzaladı

Baş nazir mühüm qərar imzaladı

Mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatların sertifikatlaşdırılması qaydası təsdiq edilib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qəarar imzalayıb.

 

Belə ki, bu Qayda "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, həmçinin "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyanın 83 bis maddəsinə əsasən uçuşa yararlılıq öhdəlikləri Azərbaycan Respublikasına keçmiş mülki hava gəmilərinə və onların komponentlərinə texniki xidmət göstərən təşkilatlara təsdiq və tanınma sertifikatlarının verilməsi, habelə bu sertifikatlara dəyişikliklərin edilməsi, onların etibarlılıq müddətinin uzadılması, o cümlədən sertifikatlaşdırma prosesi ilə bağlı digər tələbləri müəyyən edir.

 

Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna, Konvensiyaya və Konvensiyaya 8 nömrəli Əlavə - "Uçuşa yararlılıq" ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən "Doc 9760, uçuşa yararlılıq üzrə Təlimat"a uyğun olaraq həyata keçirilir.

 

Mülki hava gəmilərinə və onların komponentlərinə texniki xidmət göstərən təşkilatlara nəzarət Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.

 

Azərbaycan Respublikasının ərazisində texniki xidmət fəaliyyəti təsdiq sertifikatı əsasında həyata keçirilir.

 

Təsdiq sertifikatı və tanınma sertifikatı yalnız hüquqi şəxslərə verilir. Hər bir hüquqi şəxsin yalnız bir təsdiq və ya tanınma sertifikatı ola bilər.

 


OXŞAR XƏBƏRLƏR

Bayramov Səudiyyənin XİN rəhbəri ilə görüşdü

26 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkəni...

Bu məşhur serial finala çıxır

Məşhur "Siyah kalp" serialı finala çıxır.    Sfera.az xəbər verir ki, serialın son yayım tarixi bəlli olub. Serial son bölümü martın 2...

MM Xocalı soyqırımı ilə əlaqədar müraciətlər ünvanladı

Milli Məclis tərəfindən Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamen...

Gizli xəstəlik: 50-dən çox insan naməlum səbəbdən öldü

Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasında 50-dən çox insan naməlum xəstəlikdən ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhi...

Rusiya və Belarus arasında təhlükəsizlik müqaviləsi ratifikasiya edildi

Rusiyanın Federasiya Şurası bugünkü iclasında İttifaq dövləti çərçivəsində Rusiya və Belarus arasında təhlükəsizlik zəmanətlərinə dair müqaviləni ratifikasiya e...

DİM imtahan verəcək şagirdlərə müraciət etdi

Martın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hiss...