Fərid Şahbazlı: “Azərbaycan-Pakistan əlaqələri çətin tarixi sınaqlardan üzüağ çıxıb”


Fərid Şahbazlı: “Azərbaycan-Pakistan əlaqələri çətin tarixi sınaqlardan üzüağ çıxıb”

“Pakistanın Baş naziri Şahbaz Şərifin bu gün Bakıya səfəri Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Baş nazirin Azərbaycanda yüksək səviyyədə qarşılanması, Prezident İlham Əliyevlə keçirdiyi görüş və verilən mühüm mesajlar iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

 

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, iki dövlət arasında münasibətlər bir sıra çətin tarixi sınaqlardan üzüağ çıxıb. F.Şahbazlı bildirib ki, bu səfər iki ölkə arasında mövcud olan bu dərin əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək: “Azərbaycanla Pakistanı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İki qardaş ölkə hər zaman bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyib. Pakistan 44 günlük Vətən müharibəsinin başlandığı ilk andan Azərbaycana öz mənəvi və siyasi dəstəyini ifadə edən ölkələrdən biri oldu. Azərbaycan dövləti və xalqı Pakistanın ölkəmizin haqq işinə verdiyi dəstəyi daim böyük ehtiramla xatırlayır.

 

Azərbaycan da hər zaman bütün prinspial məsələlərdə, xüsusi ilə Cəmmu və Kəşmir məsələsində Pakistana öz qardaş dəstəyini nümayiş etdirib. Bu mövqe problemin beynəlxalq hüququn normaları, BMT-nin müvafiq qətnamələri və beynəlxalq humanitar hüquqa əsaslanır.

 

Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Pakistanda mütəmadi olaraq, geniş miqyaslı humanitar və təhsil layihələri həyata keçirilir. Bu layihələr Pakistan xalqı tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır”.

 

Siyasi şərhçi qeyd edib ki, Pakistan baş nazirinin ölkəmizə səfəri iki dövlət arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından da son dərəcə əhəmiyyətlidir: “Cənab Prezident İlham Əliyev Pakistan heyəti ilə görüşdə bir daha xatırlatdı ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır. Bu investisiyalar neft və qaz kəşfiyyatı, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılması sahələrinə yönələcək ki, bu da hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək.
Bundan başqa iki ölkə liderinin iştirakı ilə keçirilən Azərbaycan-Pakistan biznes forumunda qarşılıqlı investisiya yatırımları müzakirə edilib. Bu, iki ölkə arasında ticarət və investisiya əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq”.

 

F.Şahbazlı bildirib ki, Baş nazirin səfəri zamanı müdafiə, ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı müvafiq razılıqların əldə edilməsi strateji sahələrdə əlaqələrin gücləndirilməsinə və regional təhlükəsizliyin təmin edilməsinə xidmət edəcək”.


OXŞAR XƏBƏRLƏR

"Barselona"nın baş məşqçisi fevral ayının ən yaxşısı seçildi

İspaniyanın "Barselona" kollektivinə rəhbərlik edən Hans-Diter Flik fevral ayı üçün La Liqada ən yaxşı baş məşqçi seçilib.   Sfera.az xəbər...

Fevralın sonu ilə bağlı əhaliyə ciddi XƏBƏRDARLIQ

Maqnit qasırğaları bütün dünyada insanların rifahına əhəmiyyətli dərəcədə təsir göstərərək, onların əhval-ruhiyyəsinə və məhsuldarlığına təsir göstərə bilər. Gü...

Tramp yaxın zamanda Zelenski ilə görüşə bilər

Donald Tramp Ağ Evdə fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı bu və ya gələn həftə Ukraynda lideri Volodimir Zelenskinin Vaşinqtona səfər edə biləcəyini...

Ən çox uzun müddət evli olanlar boşanır – STATİSTİKA

Ölkəmizdə hər keçə il nikah saylarının azalması ilə yanaşı boşanma sayları da artmağa davam edir. Dövlət Statistika Komitəsinin 2023-cü il statistikasına əsasən...

Heydər Əliyev prospektində yol çökdü - FOTOLAR

Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb.   Sfera.az  xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.   İlkin...

Leyla və Arzu Əliyevalar Ər-Riyadda -FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ər-Riyadda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştir...