Pakistan Azərbaycanın haqq işinə yaxından dəstək olan ölkələrdəndir - Vüqar Bayramov

Pakistan Azərbaycanın haqq işinə yaxından dəstək olan ölkələrdəndir - Vüqar Bayramov

Xəbər verdiyimiz kimi, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Baş naziri ilə təkbətək görüşü başlayıb.

 

Bəs bu görüşdən gözləntilər nələrdir?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Pakistan Azərbaycanın haqq işinə yaxından dəstək olan ölkələrdəndir.

 

Onun sözlərinə görə, dövlətlər arasındakı strateji müttəfiqlik son illər daha da dərinləşib:

 

“2024-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsi 22 milyon 048 min dollar olub. Dövriyyə əvvəlki il ilə müqayisədə cüzi dəyişsə də 2021-ci ilin 11 milyon 732 min dollarlıq dövriyyəsi ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.

 

Ölkələr arasındakı dostluq və qardaşlıq münasibətləri iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Digər tərəfdən, strateji müttəfiqlik ölkələr arasında iqtisad əlaqələrin də genişlənməsinə xidmət edir. İki ölkə arasında iqtisadi sahədə daha geniş potensial mövcuddur. Qarşılıqlı rəsmi səfərlər bu əlaqələrin daha dərinləşməsinə xidmət edir.

 

Ölkələr arasında turizm sahəsində də geniş əməkdaşlıq qurulmaqdadır. 2024-cü ildə Pakistandan Azərbaycana gələn tursitlərin sayı 46.7 faiz artaraq 81 min 427 olub”.

 

Millət vəkili qeyd edib ki, Pakistan eyni zamanda işğaldan azad olunan ərazilərimizin bərpası, iqtisadiyyatının formalaşması və re-inteqrasiyasında daha yaxından iştirak etmək istəyən ölkələrdəndir:

 

“Qarabağa daha çox Pakistan sərmayəsinin cəlb ediləcəyi gözlənilir. Azərbaycan da Pakistana daha çox investisiya yönəltməyi hədəfləyir.

 

Bütövlükdə, iki ölkə arasındakı geniş potensial daha yaxından reallaşmaqdadır. Tərəflər fərqli sahələrdə yeni əməkdaşlıq imkanlarından faydalanacaqlar”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...