Ceyhun Bayramov ukraynalı həmkarını qəbul etdi


Ceyhun Bayramov ukraynalı həmkarını qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonu qəbul edib.

 

Sfera.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakı vəziyyət haqqında müzakirələr aparılıb.

 

Tərəflər görüş zamanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlı şəkildə nümayiş etdirilən mövqenin, habelə ölkələr arasında beynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyini vurğulayıblar.

 

Qarşı tərəf Azərbaycanın Ukraynanın münaqişədən zərər çəkmiş bölgələrinin bərpa və yenidən qurulmasına töhfəsinin, habelə Ukrayna xalqına göndərilən humanitar yardımların yüksək qiymətləndirildiyini qeyd edib.

 

Görüş zamanı digər qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Eyni gündə, Azərbaycan Respublikası və Ukrayna Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Ukrayna tərəfindən isə Oleksandr Mişenko rəhbərlik edib.


OXŞAR XƏBƏRLƏR

Xəzərdə gəmilər sığınacaqlara çəkildi

Xəzər dənizi akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yan alıblar.   “...

Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verildi

Zaqatalada qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.   Sfera.az xəbər verir ki, bu barədə Baş...

Bu oyunlar hava şəraiti ilə əlaqədar təxirə salındı

Azərbaycan II Liqasında XIV turun oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mə...

Tələbələrin riyaziyyat üzrə yaz düşərgəsinə qeydiyyat başladı

“Bir Könüllü” Tələbə Təşkilatının və “Pathtomath” Tələbə Riyaziyyatçılar Klubunun birgə təşəbbüsü ilə 24-29 mart 2025-ci il tarixlərində...

Qarabağda mina partlayışı: İmanov yaralandı...

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Orden...

Nişanlısı üçün təcridxanaya gizlicə telefon gətirdi

Bakı istintaq təcridxanasına məhkum üçün gətirilən sovqatın içərisində mobil telefonların keçirilməsinin qarşısı alınıb.   Sfera.az xəbər verir ki, b...