Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü BAŞLADI

Siyasət
13:13 / 18.02.2025
9109
Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya tərəfdən danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edir. ABŞ-ni isə Dövlət katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Volts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edir.
Gündəlikdə Ukrayna ilə yanaşı, Yaxın Şərq də daxil olmaqla bir sıra coğrafiyalarda baş verənlər, eləcə də iqtisadi və s. məsələlər var.
Firuzə Əliyeva