Azərbaycanla bu ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycanla bu ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan Xarici İşlər Nazirliyi ilə Küveyt Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 1-ci raundu keçirilib.

 

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Küveyt tərəfindən isə xarici işlər nazirinin müavini Şeyx Carrah Cabir əl-Əhməd əl-Sabah rəhbərlik edib.

 

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm, təhsil, humanitar və digər sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

 

Bununla yanaşı, çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransı (COP) çərçivəsində qarşılıqlı əlaqələndirmə və əməkdaşlıq yüksək qiymətləndirilib.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

 

Səfər zamanı Yalçın Rəfiyev Küveyt Dövlətinin ticarət və sənaye naziri Xəlifə əl-Əcil və Küveyt Birbaşa İnvestisiya Təşviqi Qurumunun Baş Direktoru Şeyx Dr. Məşəl Cabir əl-Əhməd əl-Sabah ilə görüşüb. Görüşdə cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan və Küveyt arasında Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasına hazırlıq, eləcə də qarşılıqlı ticarət missiyalarının və biznes forumların təşkil edilməsi məsələləri müzakirə edilib.

 

Həmçinin nazir müavini Küveytə səfəri çərçivəsində Körfəz və Ərəbistan Yarımadası Araşdırmaları Mərkəzini (Center for the Gulf and Arabian Peninsula Studies) ziyarət edib və Mərkəzin idarə heyətinin üzvü səfir Əbdüləziz Əbdüllətif əl-Şarix ilə birlikdə Mərkəzin rəhbər və tədqiqatçı heyətinə Azərbaycanın xarici siyasəti və regional mövzulara dair geniş təqdimat edib. Nazir müavini Azərbaycan-Küveyt əməkdaşlığının gələcək inkişaf perspektivlərindən bəhs edərək, ölkəmizin xarici siyasət prioritetləri, regional və qlobal məsələlərə dair baxışları, eləcə də Ermənistan-Azərbaycan post-münaqişə dövrü normallaşma prosesi və işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə dinləyiciləri məlumatlandırıb.

 

Nazir müavini, eyni zamanda Küveyt Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsil şəraiti ilə maraqlanıb.

 


OXŞAR XƏBƏRLƏR

Xankəndidə yanğın törədən şəxs həbs olundu

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.   ...

Qətl törədən gəncə hökm oxundu

Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.   Sfera.az &q...

Sürücülük vəsiqəsi yenilənəcək? - "On ildir ki, bu məsələ müzakirə edilir"

"Sürücülük vəsiqəsinin verilməsi qaydalarında hər hansı dəyişikliyin edilməsi gündəmdə deyil".   Bunu sürücülük vəsiqələrinin verilməsi pro...

Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi

Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs edilib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. ...

Uzaq Şərqdə gərginlik azalır: Ölkələr sülh masasına oturdu

Kamboca və Tailand arasında sərhəd boyunca beş gündür davam edən və onlarca insanın ölümünə səbəb olan silahlı toqquşmalardan sonra tərəflər sülh danışıqlarına ...

İsrail–İran gərginliyi səngimir: Atəşkəs pozula bilər - Açıqlama

İsrail Müdafiə naziri İsrael Katz, İranla 12 günlük müharibədən sonra əldə olunan atəşkəsin üzərindən bir ay keçsə də, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xa...