Avropalı nazirlər Ukrayna ilə bağlı bəyanat VERDİLƏR

Avropalı nazirlər Ukrayna ilə bağlı bəyanat VERDİLƏR

Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Polşa, Ukrayna, Fransa və Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün gələcək danışıqlarda iştirakları ilə bağlı bəyanat veriblər.

 

Sfera.az bildirir ki, bu barədə  “Ukrainskaya pravda” məlumat yayıb. Bəyanatda deyilir: “Biz Ukraynaya dəstəyi gücləndirməyə hazırıq. Rusiyanın işğalçılıq müharibəsi qarşısında onun müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiqik”.

 

Sənəddə həmçinin “ədalətli, hərtərəfli və davamlı sülh əldə olunana qədər” Ukraynaya dəstək qeyd edilir. Nazirlər əlavə ediblər ki, söhbət “Ukrayna və onun avropalı müttəfiqlərinin maraqlarını təmin edən sülhdən” gedir.

 

"Biz amerikalı müttəfiqlərimizlə gələcək yolu müzakirə etməyi səbirsizliklə gözləyirik. Bizim ortaq məqsədlərimiz Ukrayna üçün güc mövqeyini təmin etmək olmalıdır. Ukrayna və Avropa istənilən danışıqlara daxil edilməlidir. Ukrayna güclü təhlükəsizlik zəmanəti verməlidir. Ukraynada ədalətli və davamlı sülh möhkəm Avro-Atlantik təhlükəsizliyin ilkin şərtidir.

 

Xatırladaq ki, Avropa qitəsinin təhlükəsizliyi bizim ümumi məsuliyyətimizdir.Buna görə də biz kollektiv müdafiə qabiliyyətimizi gücləndirmək üçün birlikdə çalışırıq”, - XİN başçılarının bəyanatında deyilib.


İnci 


OXŞAR XƏBƏRLƏR