Azərbaycan Ermənistandan tam təzminat tələb edir

Azərbaycan Ermənistandan tam təzminat tələb edir

Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir.

 

Sfera.az-a bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

 

“Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir”, - məlumatda vurğulanıb.

 

Qeyd edək ki, fevralın 12-də Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. İddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb.


OXŞAR XƏBƏRLƏR

Orban: Aİ Ukrayna danışıqlar masasında oturmağa layiq deyi

"Avropa Brüsselin səriştəsiz diplomatiyası və rəhbərliyi səbəbindən Ukrayna münaqişəsinin həlli üçün danışıqlar masası arxasında oturmağa layiq deyil&rdquo...

Porno asılılığını 98% dəqiqliklə müəyyən edən test yaradıldı

Nottingem Trent Universitetinin (Böyük Britaniya) alimləri beynəlxalq komandanın bir hissəsi olaraq porno asılılığı müstəqil şəkildə 98% dəqiqliklə müəyyən etmə...

Bakıda yaşayış binasında yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş v...

Azərbaycan 3 ölkədən qızıl tədarük etməyə başladı

Ötən il Azərbaycan 3 milyard 313 milyon ABŞ dolları dəyərində 41 078 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil ...

Ronaldo ilin ən çox qazanan idmançısı oldu - SİYAHI

2024-cü ildə dünyanın ən çox qazanan idmançıları məlum olub.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya Portuqaliya millisinin və Səu...

“Ganjavi Holding”in prezidenti Elşən Gəncəvi İstanbul şəhərində beynəlxalq mükafata layiq görülüb - FOTOLAR

 "Ganjavi Holding”in prezidenti Elşən Gəncəvi Türkiyənin İstanbul şəhərində Olcay Kutlucanın imzası ilə 17-ci dəfə keçirilən "ALTIN MELEK Ö...