"Böyük infrastruktur layihələrini icra edirik"- İlham Əliyev

"Böyük infrastruktur layihələrini icra edirik"- İlham Əliyev

Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir. Biz böyük infrastruktur layihələrini icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır.

 

Sfera.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb.

 

Müraciətdə, həmçinin deyilir: “Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və “yaşıl artım” ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan 3 ölkədən qızıl tədarük etməyə başladı

Ötən il Azərbaycan 3 milyard 313 milyon ABŞ dolları dəyərində 41 078 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil ...

Ronaldo ilin ən çox qazanan idmançısı oldu - SİYAHI

2024-cü ildə dünyanın ən çox qazanan idmançıları məlum olub.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya Portuqaliya millisinin və Səu...

“Ganjavi Holding”in prezidenti Elşən Gəncəvi İstanbul şəhərində beynəlxalq mükafata layiq görülüb - FOTOLAR

 "Ganjavi Holding”in prezidenti Elşən Gəncəvi Türkiyənin İstanbul şəhərində Olcay Kutlucanın imzası ilə 17-ci dəfə keçirilən "ALTIN MELEK Ö...

Paraqvay parlamentinin Azərbaycanla dostluq qrupu tezliklə Bakıya səfər edəcək

Paraqvay parlamentində Azərbaycanla dostluq qrupu tezliklə Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Paraqva...

Rusiya-Ukrayna müharibəsini bitirən 3 ssenari: Putin və Tramp hansını seçəcək?

Donald Tramp və Vladimir Putin arasında telefon danışığından sonra dünya ictimaiyyətində müharibənin sülh yolu ilə həllinə dair ümidlər artıb.    ...

Azərbaycanda ötən ay uşaqlara ən çox bu adlar qoyuldu

Ötən ay Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.   Məlu...