Tramp Hindistanın baş naziri ilə görüşəcək
![Tramp Hindistanın baş naziri ilə görüşəcək](https://sfera.az/photo/orginal/2025/02/13/1739426205_hindistan-bas-nazir.jpg)
Hindistanın Baş naziri Narendra Modi Vaşinqtona səfərə gedib. Burada ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək və iki ölkə arasında tərəfdaşlığın inkişafını müzakirə edəcək.
Sfera.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"ABŞ Prezidenti Donald Tramp ilə görüşü və Hindistan-ABŞ hərtərəfli qlobal strateji tərəfdaşlığının inkişafını səbirsizliklə gözləyirəm", - o qeyd edib.
Onun sözlərinə görə, Hindistan və ABŞ insanların rifahı və planetin daha yaxşı gələcəyi naminə sıx əməkdaşlığa davam edəcəklər.
Modinin Vaşinqtona səfəri çərçivəsində ilk görüşlərdən biri ABŞ-nin Milli Kəşfiyyat direktoru Tulsi Gabbard ilə olub. Hindistanın Baş naziri onunla Hindistan- ABŞ dostluğunun müxtəlif aspektlərini müzakirə etdiyini bildirib.
Məlumata görə, Modinin Vaşinqtonda səfəri iki gün davam edəcək. Səfər çərçivəsində həm Tramp ilə ikitərəfli formatda, həm də nümayəndə heyətləri səviyyəsində danışıqlar aparılacaq. Gündəlikdə ticarət, müdafiə, energetika, miqrasiya və texnologiya məsələləri var.