Rus millətçilərinin anti-Azərbaycan çıxışlarında “velikorus” şovinizmi özünü parlaq göstərir -Deputat


Rus millətçilərinin anti-Azərbaycan çıxışlarında “velikorus” şovinizmi özünü parlaq göstərir -Deputat

Azərbaycan dövləti tərəfindən irəli sürülən tələblərdə qeyri-adi heç nə yoxdur. Bu həm Azərbaycanın, həm də beynəlxalq hüququn tələbədir.

 

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginliyi şərh edərkən deyib.
Rusiyada Azərbaycana qarşı aparılan kampaniyanın məqsədli olduğuna diqqət çəkən deputat söyləyib:

 

"Hər bir təyyarə qəzası zamanı aidiyyatı dövlətlərin və qurumların atmalı olduğu addımları tənzimləyən beynəlxalq konvensiya və müvafiq prosedur qaydaları var. Azərbaycanın Rusiyadan tələbi və gözləntisi də həmin qaydalara uyğun addımların atılmasıdır. Doğrudur, Rusiya siyasi hakimiyyətinin ən yüksək pillələrində heç kim mövcud durumu hər hansı bir şəkildə şərh etmir. Elə buna görə də ictimai mühitdə bu insidentlə bağlı bir boşluq yaranıb və Rusiya siyasi palitrasının bütün təmsilçiləri, xüsusilə Rusiya millətçiləri özlərinin ekstremizmi ilə öz ayditoriyalarına şou göstərirlər. Hadisəyə münasibət bildirmək missiyasını ölkənin siyasi həyatında heç bir rolu olmayan Valuyev kimi qondarma Duma üzvləri və əsasən də siyasi şərhçilər və blogerlər bu missiyanı öz üzərinə götürüblər. Məhz onların anti-Azərbaycan çıxışlarında “velikorus” şovinizmi özünü bütün parlaqlığı ilə göstərir. Belə vəziyyət Rusiya hakimiyyətini də qane edir".

 

O əlavə edib ki, onlar bir tərəfdən, özlərinin “velikorus” qürurunu sındırmamağa çalışaraq, Azərbaycanın tələblərini eşitməzliyə vurur və hər hansı şəkildə vəziyyəti yumşaltmaq üçün uyğun şəraitin yaranmasını gözləyirlər. Digər tərəfdən isə məhz Rusiya siyasi hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış bu qalmaqal Rusiya cəmiyyətinin diqqətini Ukrayna cəbhəsindəki uğursuzluqlardan yayındırmaq üçün çox maraqlı bir mövzuya çevrilir: "Vəziyyətdən yararlanmağa çalışan ermənilər də anti-Azərbaycan kampaniyası aparmaq üçün əlverişli fürsət yarandığını zənn edərək özlərinin propaganda maşınını işə salıblar. Lakin bütün bunlar Azərbaycan tərəfindən qaldırılmış məsələləri həll etmir. Gec və ya tez Rusiya ali hakimiyyəti hadisəyə obyektiv qiymət verməli və Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Çünki bu həm Azərbaycanın, həm də beynəlxalq hüququn tələbləridir. Bu Rusiya ilə Azərbaycan arasında imzalanmış çoxsaylı dövlətlər arası sənədlərdən, eləcə 3 il əvvəl imzalanmış strateji qarşılıqlı fəaliyyət haqqında Bəyannamədən irəli gələn öhdəliklərin doğurduğu tələblərdir. Əgər Rusiya özünü sivil dövlət hesab edirsə, öz imzasına hörmət etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".


OXŞAR XƏBƏRLƏR

Tarixdə baş verdiyinə inanmaq istəməyəcəyiniz qəribə hadisələr

Tarix boyu eşidənləri heyrətə salan hadisələr baş verib. Onlardan bəziləri o qədər qəribədir ki, həqiqətən baş verə biləcəyini təsəvvür etmək belə çətindir. Amm...

Alimlər insanların 1000 ildən sonra necə görünəcəklərini açıqladı

İnsan bədəninin və həyat tərzinin gələcəkdə necə formalaşacağı elm adamlarının ən çox maraqlandığı mövzulardan biridir. Texnologiyanın inkişafı, genetik müdaxil...

Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər

Vətəndaş illərlə işləyir və pensiya kapitalında müəyyən məbləğ toplanır.   Əgər şəxs pensiya yaşına çatmamış və ya pensiya almağa başladıqdan sonra k...

Rəşad Dağlı azadlığa buraxıla bilər

Bu həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarına start verilir. İlk iclasın fevralın 12-də keçirilməsi planlaşdı...

Sürücülərin diqqətin: YENİ FIRILDAQÇININ VİDEOSU

Bakıda fırıldaqçılığın yeni növü ortaya çıxıb. Xeyli sayda sürücü bu vəziyyətlə üzləşib.   Sfera.az xəbər verir ki, fırıldaqçılıqla məşğul olan şəxs ...

Murad 11-ci dəfə əməliyyat olundu

Murat Dalkılıç 11-ci dəfə burun əməliyyatı keçirib.   Sfera.az xəbər verir ki, musiqi siyahılarında daim zirvədə olan məşhur müğənni Murat Dalkılıç t...