"Ermənistanın hərbi potensialının artırılması təhlükəsizliyimizə birbaşa təhdiddir" - Ayxan Hacızadə

"Ermənistanın hərbi potensialının artırılması təhlükəsizliyimizə birbaşa təhdiddir" - Ayxan Hacızadə

Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəhbəri Ayxan Hacızdə Ermənistanın Baş nazirinin "Armenpress"ə son müsahibəsini şərh edərkən deyib.

 

Ayxan Hacızadə bildirib ki, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb:

 

"Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir. Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir", - o əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı Balidə oğurluğa görə həbs olundu

İndoneziyanın Bali şəhərində valyutadəyişmə məntəqəsindən pul oğurlamaqda şübhəli bilinən 35 yaşlı azərbaycanlı kişi həbs edilib.   Sfera.az xəbər ve...

DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb

Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikr...

289 şagirdin nəticəsi ləğv olundu

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunan uyğunsuzluqların əlavə araşdırılması davam e...

Bakı şəhərinə bu aylarda 200 yeni avtobus gətiriləcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.   Agentlik...

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Çexiyanın xarici işlər naziri Yan Lipavski arasında telefon danışığı aparılıb.   Bu barədə Sfera...

Trampdan SƏRT XƏBƏRDARLLIQ: “İran yenidən başlasa...”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Tehran nüvə proqramını yenidən bərpa edərsə, Vaşinqton onu yenidən “məhv edəcək”.   Sfera...