Azərbaycanın informasiya məkanına qonşu ölkədən manipulyasiya formasında müdaxilə oldu

Azərbaycanın informasiya məkanına qonşu ölkədən manipulyasiya formasında müdaxilə oldu

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq hibrid təhdid halları ilə bağlı təhlillər aparır.

 

Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

 

Qeyd edilib ki, araşdırmalar zamanı Azərbaycan Respublikasının informasiya məkanına qonşu ölkələrdən biri tərəfindən əlaqələndirilmiş şəkildə dezinformasiya və informasiya manipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub. Manipulyativ və koordinə edilmiş təbliğatın əsasən sosial media platformaları üzərindən və müxtəlif dillərdə aparıldığı, o cümlədən ictimai rəyə birbaşa təsir etmək məqsədilə Azərbaycan dilində də xəbər tipli resursların yaradıldığı faktları müəyyən edilib. Kampaniyada “Facebook” platformasının Azərbaycan seqmentində fəaliyyət göstərən bəzi səhifələrin “əkizinin” yaradılması metodundan da istifadə olunub. “Nə var, Nə yox?”, “Bizim Azərbaycan”, “Azerbaijan Daily”, “Xəbərlər və Hadisələr”, “Yerli media” və sair adlar altında fəaliyyət göstərən səhifələri nümunə kimi göstərmək olar: “Misal olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza ilə bağlı internet resurslarda kütləvi formada aparılan media kampaniyasının təhlili zamanı hadisənin başvermə səbəbi ilə bağlı reallığı əks etdirməyən yayındırıcı tezislərin “xəbər” resursları və internet botlar (Qeyd: avtomatlaşdırılmış tapşırıqları icra edən proqramlar) tərəfindən klasterlər formasında kütləvi surətdə yayıldığı aşkar olunub.

 

Digər bir taktika isə, təyyarə qəzası ilə bağlı Azərbaycan Respublikası vətəndaşları arasında çaşqınlıq və dövlət qurumlarına qarşı inamsızlıq yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından “deepfake” (Qeyd: süni zəka alətləri ilə yaradılan audiovizual kontent) və təqlidetmə texnologiyalarından istifadə etməklə aparılan qanunsuz kiberfəaliyyətləri göstərmək olar.

 

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa çağırır, cəmiyyətimizi məqsədli və zərərli məlumatlardan qorumaq üçün ölkəmizlə bağlı aparılan dezinformasiya kampaniyalarında tətbiq olunan müdaxilə taktikaları, təbliğat formaları və metodları ilə bağlı vaxtaşırı məlumatlar yayır.

 

Komissiyamız aidiyyəti dövlət qurumları ilə birgə bu cür informasiya əməliyyatlarının qarşısının alınması istiqamətində fəaliyyətini daha da artıracaq”


OXŞAR XƏBƏRLƏR

Makron Azərbaycanla bağlı açıqlama verdi : Fransa nə istəyir?

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanması regionun bütün ölkələri üçün yeni bir səhifə aça bi...

ÜST rəsmisi: COVID-19 əvvəlki kimi təsirli olmasa da, hələ mövcuddur

COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.   Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı...

Abşerondakı partlayışda yaralanan kişi öldü

Bir həftə əvvəl Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayışda yaralanan şəxs dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, Abşeron Gə...

"Dünya titrədi, amma Rusiya Trampa fikir vermədi" - Medvedev

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı 100 faiz gömrük rüsumları tətbiq etməklə bağlı so...

Məzuniyyət gecəsi 80-dən çox tələbə zəhərləndi

Yekaterinburqda Ural Dövlət Hüquq Universitetinin (USLU) 80- dən çox tələbəsi Versal banket zalında məzuniyyətlərini qeyd etdikdən sonra salmonella xəstəliyinə ...

Bu 3 bürc gün ərzində sevinəcək - QOROSKOP

Bəzi bürclər iş həyatında parlayacaq, digərləri eşqdə sürprizlərlə üzləşəcək. Kimiləri isə sakitlik və rahatlıq axtaracaq.    Sfera.az günün bür...