""Şimal axını" qaz kəmərləri sökülməlidir" -Andjey Duda

""Şimal axını" qaz kəmərləri sökülməlidir" -Andjey Duda

2022-ci ildə zədələnmiş “Şimal axını” qaz kəmərləri sökülməlidir.

 

Sfera.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda BBC-yə deyib. 

 

"Mən yalnız ümid edə bilərəm ki, Avropa liderləri Rusiyanın Ukraynaya təcavüzündən dərs çıxaracaq və bu boru kəmərləri ilə qaz nəqlini heç vaxt bərpa etməyəcəklər", - Duda deyib . 

 

Onun sözlərinə görə, boru kəmərləri Ukrayna, Polşa, Slovakiya və digər Mərkəzi Avropa ölkələri üçün böyük təhlükə yaradır:

 

“Bu, enerji baxımından, hərbi baxımdan təhlükədir, eyni zamanda böyük iqtisadi təhlükədir, çünki bu, Rusiyanın iqtisadi mənada Avropa üzərində hökmranlığı deməkdir”.

 

Qeyd edək ki, Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərləri 2022-ci il sentyabrın 26-da təxribat nəticəsində sıradan çıxıb. Dörd qaz kəmərindən yalnız biri salamat qalıb. 

 

Rusiya Prezidenti Vladimir Putin iddia edib ki, təxribatı “anqlosakslar” təşkil edib, çünki onun fikrincə, onlar Avropanın enerji infrastrukturunun dağıdılmasından faydalanıblar. İsveç, Danimarka və Almaniya insidentin araşdırılmasına başlayıb, lakin ilk iki ölkə günahkarları müəyyən etməyib və istintaqı yekunlaşdırıb. Alman mətbuatı partlayışda Ukrayna vətəndaşlarının əli olduğunu və əməliyyatın Ukrayna Silahlı Qüvvələrinin (AFU) o vaxtkı baş komandanı Valeri Zalujnı tərəfindən planlaşdırıldığını yazıb.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...