Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı


Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı

“Biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin qaz hasilatı, ixracı üçün böyük imkanları var”.

 

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski moldovalı həmkarı Maya Sandu ilə birgə mətbuat konfransında deyib.

 

Ukrayna lideri qeyd edib ki, Azərbaycandan qaz tranziti məsələsi sürətlə əldə oluna bilər:

 

“Bunu tez edə bilərik. Müqavilə bağlaya bilərik. Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir. Hansı ki, bu, Ukraynaya, Moldovaya, Slovakiya və digər ölkələrə də bəs edər”.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR