"Proporsional seçki, icra hakimiyyətlərinin ləğvi..." - Konstitusiyada hansı dəyişikliklər ediləcək?

"Proporsional seçki, icra hakimiyyətlərinin ləğvi..." - Konstitusiyada hansı dəyişikliklər ediləcək?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin dünənki iclasında deyib ki, referendum keçirilməsinə və konstitusiyaya dəyişikliklər edilməsinə çağırışlar var. 


Həqiqətən, referendum keçirilməsinə və konstitusiyaya dəyişikliklərə ehtiyac varmı? Əgər olarsa, hansı məsələ ilə bağlı dəyişikliklər edilə bilər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Konstitusiyaya dəyişikliyi təklif edən millət vəkili Zahid Orucun, yəqin, bu məslənin detalları barədə də müəyyən fikirləri var:


“Z.Oruc keçmişdə də müəyyən təkliflərlə çıxış edib, bəzi hallarda bu təkliflər həyata da keçib. Əgər söhbət Konstitusiyaya dəyişiklikdən və yeni Konstitusiyanın qəbul olunmasından gedirsə, əlbəttə ki, bir çox bəndlərin dəyişdirilməsinə və ya gücləndirilməsinə ehtiyac ola bilər”. 


Politoloqun fikrincə, parlamentin statusunun artırılmasına ehtiyac var:


“Həmçinin proporsional seçki sisteminin qaytarılması da yerinə düşərdi. Bu, Azərbaycanda partiya quruculuğuna da təkan verərdi. Bələdiyyələrin statusunun arıtılmasına da ehtiyac var. Bütün bunlar yeni Konstitusiyada əksini tapa bilər, amma bunun üçün geniş ictimai müzakirələr də açılmalıdır. Bu, təkcə parlamentin işi olmayacaq, millət vəkilləri qısa müddətdə səsvermə ilə Konstitusiya qəbul etməyəcəklər. Bu, referendum yolu ilə həll ediləcək, xalq səs verəcək”.   


Saytımıza açıqlamasında REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Azərbaycanın yeni Konstitusiyaya təcili şəkildə ehtiyacı var:


“Azərbaycanda Konstitusiya dəyişikliklərinə ehtiyac yarandığını illərdir ki, ictimai çıxışlarımızda söyləmişik. Çox yaxşı ki artıq bu barədə ictimai müzakirələr başlanıb. Sosial-iqtisadi problemlərin, idaəetmədə olan problemlərin həlli üçün yeni təməl olmalıdır. Bu təməl də gələcəkdə Konstitusiya olacaq”. 


Onun sözlərinə görə, Konstitusiyaya icra hakimiyyətlərinin ləğvi və bələdiyyələrin gücləndirilməsi kimi dəyişikliklər edilməlidir:


“Həmçinin ölkənin inzibati ərazi bölgüsünün dəyişdirilməsi də müzakirə mövzusudur. Belə ki, Bakının rayonlarını da saysaq, 80 rayon var və buna ehtiyac yoxdur. Prezidentin fərmanı ilə Zəngəzur, Qarabağ və Naxçıvan daxil olmaqla, 14 iqtisadi rayon yaradılıb. Onların inzibati ərazi vahidinə çevrilməsinə ehtiyac var. Bundan başqa, proporsional seçki sisteminin tətbiqi, parlamentin gücləndirilməsi, hökümətin parlamentdən çıxması, prezidentin gücləndirilmiş dövlət başçısı statusunun artırılması kimi ciddi məsələlər Konstitusiyada əks olunmalıdır. Konstitusiyanın doğru istiqamətdə qəbulu Azərbaycanın sosial-iqtisadi problemlərinin həllində də mühüm rol oynayacaq”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...