Tramp Maskın arzularının "çin" olmasına icazə verəcək? - ŞƏRH

Tramp Maskın arzularının "çin" olmasına icazə verəcək? - ŞƏRH

ABŞ-nin yeni prezidenti Donald Trampın komandasında çalışacaq şəxslər cəmiyyətin də ciddi müzakirə mövzusuna çevrilib. Daha çox iş adamı İlon Mask diqqət mərkəzindədir. Tramp sözünə sadiq qalaraq onu Hökumətin Səmərəliliyinin Artırılması üzrə Federal Agentliyin rəhbəri təyin etdi. Digər tərəfdən, kifayət qədər gücü və nüfuzu olan iş adamının Trampın tabeliyində çox da yüksək olmayan bir vəzifədə işləməyə razılıq verməsi bəzi sualların yaranmasına səbəb oldu.

 

Bu proses necə dəyərləndirilməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev xatırladıb ki, İlon Maskın yeni nazirlərin təyinatı məsələsinə etdiyi kobud müdaxilələr komandada yüksək vəzifə tutan digər şəxslərdə də ciddi narazılıq yaratmışdı:

 

“Məsələn, yeni prezident ədliyyə və ticarət nazirlərini müəyyən edərkən Mask bu prosesə kobud şəkildə müdaxilə etmişdi. O, açıq şəkildə özünü vitse-prezident kimi aparır və tamamilə təşəbbüsü əlinə almaq istəyir. Donald Trampla İlon Mask arasında Çin məsələsinə görə ciddi fikir ayrılıqları mövcuddur. Tramp Çindən idxal olunan mallara 60% rüsum tətbiq etməyi təklif etdiyi halda, Mask özünə bu ölkədə yeni müəssisələr açır. Hazırda Şanxay şəhərində “Tesla”nın “giqafabriki” yerləşir və  Mask aprelin sonunda Çinin Baş naziri Li Tsyan ilə görüşdə bu ölkədəki zavodunu şirkətin ən yaxşı müəssisəsi adlandırıb. İş adamı əlavə edib ki, “Tesla” qarşılıqlı faydalı nəticələr əldə etmək üçün Çinlə əməkdaşlığı gücləndirmək niyyətindədir. Bu isə ciddi problem deməkdir”.

 

Ekspert bildirdi ki, Trampın Pekinə qarşı sərt siyasəti İlon Maskda narazılıq yaradacaq:

 

“Xarici siyasət məsələsində yeni Dövlət katibi Marko Robio ilə milyarderin toqquşması da gözləniləndir. Robio Çinə qarşı sərt xəttin tərəfdarıdır və onun Dövlət Departamentinin rəhbəri təyin edilməsində bu amil xüsusi rol oynayıb. Şübhəsiz ki, Maskın istədiyi Trampın siyasi xəttini özünün biznes maraqlarına uygunlaşdırmaqdır. Ancaq kifayət qədər iddialı və populist siyasətçi olan, sərhədlər tanımayan Trampın onun üstünlüyünü qəbul edəcəyi gözlənilən deyil. Dörd il siyasi həyat üçün çox da böyük olmasa da, bu müddət ərzində Tramp-Mask ittifaqının sabit qalacağı şübhəlidir. Bir çox amillər göstərir ki, milyarderlə prezidentin müttəfiqliyinin ömrü uzağı Çinə qədər olacaq”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...