Sahibə Qafarova İtaliyaya rəsmi səfərə gedib

Sahibə Qafarova İtaliyaya rəsmi səfərə gedib
Kateqoriya məlum deyil
T

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti yanvarın 21-də İtaliyaya rəsmi səfərə gedib.

 

Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Roma şəhərinin “Ciampino” aeroportunda nümayəndə heyətini İtaliya Deputatlar Palatası Xarici əlaqələr komissiyasının üzvü Naike Qruppioni, Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclisin sədri Sahibə Qafarovanın səfər çərçivəsində bir sıra görüşləri nəzərdə tutulur.

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR