Əli Əsədov Cevdet Yılmaza başsağlığı verib
Siyasət
17:25 / 21.01.2025
11847
Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.
Sfera.az xəbər verir ki, Ə.Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.
Baş nazir bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.