Tramp Baydenin bu sərəncamlarını LƏĞV EDƏCƏK

Tramp Baydenin bu sərəncamlarını LƏĞV EDƏCƏK

Donald Tramp prezidentliyə başladığı ilk gündə 100-ə yaxın sərəncam imzalamaq niyyətindədir.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

 

ABŞ mediası Trampın sözlərindən sitat gətirib: “Vəzifəyə gəldikdən sonra bir neçə saat ərzində mən onlarla fərman imzalayacağam, onların sayı yüzə yaxın olacaq”.

 

Tramp əlavə edib ki, sənədlər vəzifədən gedən ABŞ Prezidenti Co Baydenin etdiyi bir çox şeyi ləğv etmək məqsədi daşıyacaq.

 

Qeyd edək ki, daha əvvəl Tramp kampaniyasının baş iqtisadi müşaviri Stiven Mur demişdi ki, yeni dövlət başçısı vəzifəsinin ilk günündə 50-dən 100-ə qədər fərman imzalaya bilər, sonrakı həftələrdə isə daha çox fərman imzalanacaq. İqtisadçı hesab edir ki, sərəncamların əksəriyyəti enerji məsələlərinə həsr olunacaq. Beləliklə, Tramp Baydenin enerji istehsalına qadağalar və müəyyən ərazilərdə yeni neft və qaz yataqlarının işlənməsi, elektrik nəqliyyat vasitələrinin istifadəsi, təmiz enerjinin inkişafı üçün proqramların maliyyələşdirilməsi və ekoloji standartların sərtləşdirilməsi ilə bağlı sərəncamlarını ləğv edə bilər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...